Robert Feke () — Amerikalı portret rəssamı. İncəsənət tarixçisi Richard Saundersin fikrincə, Fekenin müstəmləkə rəssamlığının inkişafına əhəmiyyətli təsiri olmuşdur. Ümumilikdə, Fekenin 60-a yaxın rəsm əsəri günümüzə qədər gəlib çatmışdır, onlardan on ikisinin çəkildiyi tarix və üzərində Fakenin imzası var.Saunders, Richard H. "Robert Feke". Oxford Art Online. Retrieved July 15, 2012
Həyatı və karyerası Robert Fekenin nənələrindən biri Elizabeth Fones (Elizabeth Fones Winthrop Feake Hallett) idi.Wolfe, Missy (2012). Insubordinate Spirit: A True Story of Life and Loss in Earliest America, 1610–1665. p. 197. Onun həyatı, xüsusən də yeniyetməlik illəri haqqında çox az şey məlumdur. 1741-ci ilə qədər Fekenin yalnız bir əsəri məlumdur.Saunders, Richard H. "Robert Feke". Oxford Art Online. Retrieved July 15, 2012 Həmin il o, Bostona köçdü və burada İsak Royal and Family (1741) adlı qrupun portretini çəkdi.Saunders, Richard H. "Robert Feke". Oxford Art Online. Retrieved July 15, 2012 Fekenin əsərlərində Con Vollastonun təsiri görülür.
1741-ci ildən 1750-ci ilə qədər Feke Boston, Nyuport, Rod-Aylend və Filadelfiyada işləmiş, varlı tacirlərin və torpaq sahiblərinin portretlərini çəkmişdir.Myron & Sundell 1969, p. 30 Onun fəaliyyəti haqqında son qeyd 26 avqust 1751-ci ildə olmuşdur. Bəzi bioqraflar onun Barbadosda və ya Bermud adalarında öldüyünə dair iddialar irəli sürsələr də bu sübuta yetirilməmişdir.Saunders, Richard H. "Robert Feke". Oxford Art Online. Retrieved July 15, 2012
Portləri Benjamin Franklin, Portret (təxminən 1746) Foq Muzeyində, Harvard Universitetinin Portret Kolleksiyası Çarlz Aftrop, Portret 1748, kətan üzərində yağlı boya, Klivlend İncəsənət Muzeyi Amerika Qrizel İstvik Aftrop, Portret (Xanım Çarlz Aftrop) (1748) San Fransisko İncəsənət Muzeylərində Xanım Con Banister, 1748, kətan üzərində yağlı boya, Detroit İncəsənət İnstitutu Viliam Boudin Con Çanqinq, c. 1747–49, kətan üzərində yağlı boya 127 x 102, Gözəl Sənətlər Muzeyi, Boston Meri Çenninq (xanım Con Çenninq), c. 1747–49, kətan üzərində yağlı boya 127 x 102, Gözəl Sənətlər Muzeyi, Boston Tenç Fransis, Sr., Metropolitan İncəsənət Muzeyində portret Kapitan Aleksandr Qraydon, c. 1746, kətan üzərində yağlı boya, Milli İncəsənət Qalereyası Amerika İncəsənət Muzeyi Tomas Hopkinson, Smisonian İnstitutunda portret Ralf İnman İsak Royal və Ailəsi, Portret, 1741, Tarixi və Xüsusi Kolleksiyalar, Harvard Hüquq Məktəbi Kitabxanası İsak Vinslou, c. 1748, Kətan üzərində yağlı boya 127 x 102, Gözəl Sənətlər Muzeyi, Boston
İstinadlar
Xarici keçidlər Amerikada John Singleton Copley, Robert Feke haqqında materialları ehtiva edən Metropolitan İncəsənət Muzeyindən tam mətnli sərgi kataloqu
Kateqoriya:Rəssam ailələri Kateqoriya:XVIII əsr rəssamları