Sultan Süleyman və Xürrəm məscidi () — Mariupolun Primorski rayonunda yerləşən eyniadlı məscid və İslam mədəniyyət mərkəzi. Məscid Osmanlı imperiyasının sultanı Sultan Süleyman Qanuni və onun həyat yoldaşı Xürrəm Sultanın şərəfinə adlandırılmışdır. Məscid İstanbuldakı proratipi olan Süleymaniyyə məscidinddən fərqli olaraq bir minarəyə sahibdir.
Tarixi Məscid 2007-ci il oktyabrın 15-də Türkiyənin inşaat, memarlıq və mənzil-kommunal təsərrüftı naziri Faruk Nafiz Özak və Türkiyədən gələn digər qonaqların iştirakı ilə açılmışdır.
Tikinti Mariupol mərkəzi bazarının direktoru Salih Cihan və şəhərin azərbaycanlı icmasının digər üzvləri tərəfindən maliyyələşdirilib. Məscidin memarlığının prototipi İstanbuldakı Süleymaniyyə məscidi olmuşdur.
Məscid və minarə toy fotoşəkilləri üçün məşhur bir yerə çevrilmişdir.
12 aprel 2022-ci ildə Rusiya–Ukrayna müharibəsi zamanı ruslar aralarına türklərində olduğu 90 nəfərin gizləndiyi məscidi atəşə tutmuşlar. Ancaq Sultan Süleyman və Xürrəm məscidinin Dərnək başqanı İsmail Hacıoğlu bombanın 700 metrə aralıya düşdüyünü söyləyərək hücüm iddiasını yalanlamışdır.
İstinadlar
Mənbə Вереникин В. Н. Мариуполь и мариупольское Приазовье. Путеводитель. 2014 г., 188 стр Имам мариупольской мечети рассказал о том, чем живут мусульмане. 0629.com.ua. Сайт города Мариуполя. 20 июля 2018 Мечеть Сулеймана и Роксоланы в Мариуполе. Ислам на Украине. 07 апреля 2016 Kateqoriya:Ukrayna məscidləri Kateqoriya:XXI əsr məscidləri Kateqoriya:İslam