Əyin — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Aşağı Çibikli kənd Sovetinin Əyin kəndi Çardaqlı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Toponimikası Rayonun ərazisindəki Səngər dağı keçmişdə Əyin dağı adlanırdı. Dağ öz adını buradakı bulağın adından almışdır. Əyin sözü eyn (ər. "göz, bulaq, çeşmə") sözünün təhrif olunmuş formasıdır. Yaşayış məntəqəsi keçmiş Hacılı kəndindən köçmüş ailələrin Əyin dağının ətəyində məskunlaşması nəticəsində yaranmışdır.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi 1912-ci ilin "Qafqaz təqvimi"nə görə kənddə əsasən tatarlardan (hazırda azərbaycanlılar) ibarət 168 nəfər yaşayırdı.
Diqqətəlayiq şəxsləri Süleyman Rəhimov (1900–1983) — Yazıçı. Şamo Arif (1936–2012) — Yazıçı. Famil Həşimov (1935–1991) — Jurnalist. Canbaxış Nəcəfov (1949) — Professor.
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Qubadlı rayonunun kəndləri