London kitabxanası — Londonda 1841-ci ildə yaradılmış, kitabların və digər informasiya daşıyıcılarının icarəyə verilməsi mümkün olan müstəqil kitabxana.https://www.londonlibrary.co.uk - London Kitabxanasının rəsmi vebsaytı.
Tarixi London Kitabxanası Britaniya Muzeyi Kitabxanasının idarəetmə siyasətindəki bəzi məqamlarla razılaşmayan Tomas Karlaylın təşəbbüsü ilə yaradılıb. Bu kitabxana 1845-ci ildən Müqəddəs Ceyms Meydanında yerləşir. Vestminster şəhərinin Müqəddəs Ceyms bölgəsində bu kitabxananın xidmət göstərdiyi tikili var"Libraries ." City of Westminster. Retrieved on 21 January 2009..
Kitabxanaya üzvlük illik abunə ödənilməklə hər kəsə açıqdır. Kitabxanaya ömürlük və korporativ üzvlük də mövcuddur. 2021-ci ilin dekabr ayına qədər olan məlumata əsasən, London kitabxanasının 7000-dən çox üzvü var.
Kitabxananın uzun müddət prezidenti olmuş, şair, naşir, dramaturq, essey yazıçısı, ədəbi tənqidçi və redaktor Tomas Sterns Eliot (̈1888-1965) üzvlərə üzünü tutaraq "nə cür sosial dəyişiklik baş verərsə versin, London Kitabxanasının məhv olması sivilizasiya üçün fəlakət olardı" demişdir.T. S. Eliot, A Presidential Address to the Members of the London Library, July 1952: reproduced in McIntyre 2006, p. 33.
Qəyyumlar və idarəçiliyi thumb|19-cu əsr London Kitabxanası kitab etiketiLondon Kitabxanası özünü təmin edən müstəqil bir qurumdur. Yeganə məqsədi təhsilin və biliyin inkişafı olan xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçmişdir. 13 iyun 1933-cü ildə Kral Xartiyasına qoşulmuş, 21 oktyabr 1988-ci ildə isə bu qurum əlavə Kral Xartiyası ilə təmin edilmişdir. Kraliça 6 iyul 2004-cü ildə həm 1933, həm də 1968-ci il xartiyalarını ləğv edərək kitabxanaya yeni Kral Xartiyasını təqdim etmişdir.
Kitabxananın öz nizamnaməsi və qaydalarını hazırlamaq və ya dəyişdirmək səlahiyyəti var. Onun kral himayəçisi, seçilmiş prezidenti və vitse-prezidentləri var. Kitabnxana sədr və xəzinədar da daxil olmaqla maksimum 15 qəyyumdan ibarət seçilmiş şura tərəfindən idarə olunur.thumb|1896–1898-ci illərdə kitabxana binasındakı kitab kolleksiyası.
İş qrafiki Kitabxana aşağıdakı vaxtlarda xidmət göstərirː
Bazar ertəsi günləri saat 10.00-dan axşam saat 9.00-dək; Çərşənbə axşamı günləri saat 10.00-dan axşam saat 9.00-dək; Çərşənbə günləri saat 10.00-dan axşam saat 5.30-dək (Tədbir oladığı vaxtlarda əksər çərşənbə günləri axşam saat 9-da bağlanır); Cümə axşamı günləri saat 10.00-dan axşam saat 5.30-dək; Cümə günləri saat 10.00-dan axşam saat 5.30-dək; Şənbə günləri saat 9.30-dan axşam saat 5.30-dək; Bazar günləri: İşləmir.
Prezidentləri
4-cü qraf Klarendon, 1841–1870 Tomas Karlayl, 1870–1881 Houtonun 1-ci baronu Riçard Monkton Milnes, 1881–1885 Alfred, Lord Tennison, 1885–1892 Sir Lesli Stefen, 1892–1904 1-ci qraf Balfur, 1904–1930 H. A. L. Fişer, 1930–1940 6-cı qraf İlçester, 1940–1952 T. S. Eliot, 1952–1965 Lord Klark, 1965–1980 Lord Annan, 1980–1996 Con Qriq, 1996–2001 Sir Tom Stoppard, 2002–2017 Sir Tim Rays, 2017–2022 Helena Bonem Karter, 2022–"Helena Bonham Carter becomes London Library's first female president". BBC News. 16 November 2022. Retrieved 16 November 2022.
Vitse prezidentləri isə Lord Littelton, Sir Isayya Berlin, Sir Rupert Hart-Devis, Lord Kenon, Lord Reyn, Sir Stiven Ransiman, Xanım Veronika Vecvud, Xanım Rebekka Uest, Pol Boatenq, Xanım Antoniya Freyzer, Kerolayn Mişel, Ceremi Paksman, Aleksandra Şulman və Cozi Rurk olub. İstinadlar
Kateqoriya:Milli kitabxanalar