Olqa Leontyevna Mikitenko (; ) — Ukrayna əsilli məşhur alman opera müğənnisi (soprano), Ukrayna Milli Operasının solisti (1995–2006), Ukraynanın əməkdar artisti (1999).

Həyatı Olqa Mikitenko 1974-cü ildə Jitomirdə anadan olub. 1989–1992-ci illərdə Jitomir Musiqi məktəbinin xor dirijorluğu fakültəsində təhsil alıb. 1990–1992-ci illərdə isə Jitomir Dram və Komediya Teatrının aktrisası və müğənnisi kimi fəaliyyət göstərib.

O, 1992–1997-ci illərdə P. Çaykovski adına Kiyev Milli Musiqi Akademiyasında (professor Q. Suxorukovanın sinfi) təhsil almışdır.

Olqa Mikitenko fəaliyyətini incəsənətin müxtəlif istiqamətləri: opera, kamera və simfonik musiqi, caz, kino üzrə davam etdirir. Dram və lirik repertuarını daima inkişaf etdirir.

2001-ci ildən o, Avropa və Amerika da daxil olmaqla dünyanın ən nüfuzlu səhnələrində (xüsusən, Bavariya operası, Doyçe operası, Metropolitan -opera, Barselonada Teatr Liseo, Drezden operası və digər səhnələrdə) çıxlş edib.

2017-ci ildə Olqa Mikitenkonun bioqrafik səciyyəli Solo OM fəlsəfi romanı işıq üzü görüb. Kitab ingilis və alman dillərində də çap edilib və pulsuz onlayn satışdadır.

2020-ci ildə müğənninin Verdi Arias Kirill Karabetsin rəhbərliyi altında Bornmut Simfonik Orkestri ilə birlikdə ərsəyə gətirdiyi yeni diski — "I Vespri Verdiani" işıq üzü görüb.

Seçilmiş rolları Olqa Mikitenko, Çaykovskinin Yevgeni Oneginində (2007-ci ildə Lionda bu operada debüt edib), Bellininin Normasında, Qaetano Donizettinin Lucia di Lammermurunda, Qustav Malerin Dördüncü simfoniyasında və s. operalarda baş opera rollarının ifaçısıdır.

Mosartın "Fiqaronun toyu" operasında Qrafiniya rolunda Mosartın "Hamı belə edir" operasında Fordilidji rolunda Mosartın "Don Covanni" operasında Donna Anna rolunda Cüzeppe Verdinin "Traviata" operasında Violetta rolunda Cüzeppe Verdinin "Quldurlar" operasında Amaliya rolunda Cüzeppe Verdinin "Luiza Miller" operasında Luiza rolunda Cakomo Puççininin "Bohema" operasında Mimi rolunda Cakomo Puççininin "Qərbdən qız" operasında Minni rolunda Cakomo Puççininin "Turandot" operasında Liu rolunda Şarl Fransua Qunonun "Faust" operasında Margarita rolunda Erix Volfanq Kornqoldun "Ölü şəhər" operasında Marietta rolunda

Mükafatları 1997 — F. Vinas adına Beynəlxalq müsabiqədə 2-ci yer mükafatı (1-ci yerin mükafat verilmədi) (Barselona), "Voce Extraordinaire" fəxri mükafatının laureatı (fövqəladə səs), 1997 — Mariya Kallas adına Beynəlxalq müsabiqənin qalibi (Afina) — Qızıl medal və Qran Pri mükafatçısı. 2003 — Osloda keçirilən beynəlxalq Şahzadə Sonya müsabiqəsinin qalibi — 1-ci yer mükafatı

İstinadlar

Xarici keçidlər

От "белой вороны" до "жар-птицы" Лучший театр мира — Гималаи! SOLO OM

Kateqoriya:Soprano Kateqoriya:XX əsr opera müğənniləri