1679-cu il İrəvan zəlzələsi — 4 iyun 1679-cu ildə İrəvan şəhərində və ətrafında baş vermiş güclü zəlzələ. Zəlzələnin episentri Baş Gərni kəndi yaxınlığında olub. Zəlzələnin maqnitudası 6,4 bal (digər mənbələrə görə 8 balZekuytsʻner, Volume 42 . HSSṚ Gututʻyunneri Akademiayi Hratarajchutʻyun, 1966) gücündə olub. Yeraltı təkanların gücü 9–10 bala çatıb. Bu, Cənubi Qafqaz tarixindəki ən güclü zəlzələlərdən biri hesab olunur. Zəlzələ nəticəsində İrəvan şəhəri ətraf ərazilər güclü zərər görüblər. Nəticədə 20 mindən çox adam xəsarət almış, 7500-dən artıq insan həlak olmuşdur.Пять самых сильных землетрясений в истории Армении // armeniasputnik.am. 07.12.2016.
Tarixi İrəvan zəlzələsi 1679-cu il iyunun 4-də baş vermişdir. Zəlzələ nəticəsində İrəvan şəhəri və ətrafı darmadağın olmuşdur. Kanakir, Vəliağalı, Baş Gərni və digər yaşayış məntəqələri yerlə yeksan olub. Bu məntəqələrin bəziləri hazırda İrəvanın daxilində yerləşir. Zəlzələnin episentrində yerləşən Baş Gərni kəndi tamamilə dağılıb. Kanakir kəndində isə 1228 nəfər həlak olub.
Zəlzələ bir çox bina və tikililəri dağıdıb. İrəvanda bir çox tarixi tikililər, o cümlədən İrəvan qalası və onun daxilində olan Xan sarayı, Div Sultan məscidi, Müqədəs Sarkis kilsəsi dağılmışdır. Həmçinin I əsrə aid bütpərəst Gərni məbədi də dağılan tikililər arasında idi. Bir çox kənd və yaşayış məntəqəsi xarabaya çevrilmişdir.
İrəvanın yeni hökmdarı təyin olunan Zal xanı təbrik etmək üçün zəlzələdən bir qədər əvvəl buraya gələn Əylisli Zəkəriyyə həmin hadisəni belə qələmə alıb:
Salnaməçilər yazır ki, 1679-cu ildə iyunun 4-də baş verən zəlzələ nəticəsində İrəvan şəhəri yerlə-yeksan olmuşdu.
İstinadlar
Ədəbiyyat Никонов А. А., Асланян И. И. Ереванское землетрясение 1679 г. // Природа. 1991. Мг 10. С. 91–95.
Xarici keçidlər İrəvan: tarixi məlumat İrəvan şəhəri, Məscidlər İrəvanın tarixi – memarlıq abidələri İrəvan qalası "İrəvan qədim erməni şəhəridir"
Kateqoriya:Ermənistanda zəlzələlər Kateqoriya:Azərbaycanda zəlzələlər Kateqoriya:1679-cu ildəki hadisələr Kateqoriya:İrəvan coğrafiyası Kateqoriya:Ermənistan tarixi