Təhkiyə — Bədii əsərin, təsvir və mükalimədən fərqli olan, hərəkət, iş, hadisə haqqında izahdan ibarət hissəsidir. Təhkiyənin üç tipini səciyələndirmək olar.
Lirik təhkiyə Lirik təhkiyənin əsas əlamətləri olan ritm, ovqat və qafiyə qədim mərasim formalarında ibtidai şəkildə yaranmışdır. Poeziyada mövcud olan ritm və ahəng mərasimlərə məxsus sinkretizmin, daha dəqiq musiqili, rəqsli ifanın folklor mətnlərində qalığıdır. Ona görə poeziyanın ən qədim mənşə əlamətini göstərmək lazım gəlsə, musiqilik demək olar. Müasir poetika termini ilə isə indi buna şeirin ritmikliyi deyirik. Ritmiklik bütün ədəbiyyatlarda və bütün dillərdə poetizmin ilk ünsürüdür.
Epik təhkiyə Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlərdə əhvalat "kənardan" nağıl olunur.
Dialoq Dialoq- iki və daha çox şəxsin danışması, fərqli inanc və dünyagörüşünə malik, müxtəlif irq və mədəniyyətlərə mənsub, müxtəlif siyasi düşüncəli insanların bir araya gələrək mədəni ölçülər daxilində bir-biriləri ilə ünsiyyət qurması metodudur.
Həmçinin bax Ədəbiyyat nəzəriyyəsi Ədəbiyyat janrı Vəzn
Ədəbiyyat Babayev Y, Təriqət ədəbiyyatı: Sufuzm-Hurrufizm. Bakı., "Nurlaп" 2007. Əfəndiyev T. Azərbaycan dramaturgiyasında metodlar. Bakı., "Elm" 2002 Hacıyev A. Ədəbiyyat nəzəriyyəsi. Bakı., 1996 Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. Bakı., "Maarif" 1985 Mikayılov Ş. Ədəbiyyat nəzəriyyəsi. Bakı., 2204
İstinadlar