Medulyar xərçəng — qalxanabənzər vəzin yüksək differensiasiya etmiş şişidir, parafollikulyar C-hüceyrələrindən inkişaf edir. Vəzin bütün bədxassəli şişlərinin 5–10%-ni təşkil edir. 45 yaşdan sonra daha çox rast gəlir. Medulyar xərçəng hormonal aktivdur, şiş hüceyrələri müxtəlif bioloji fəal maddələr (sekretin, embrional şiş antigeni, histaminaza, somatostatin, tireoqlobulin, seratonin və s.) sekresiya edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qalxanabənzər vəzin xərçəngi Kateqoriya:Amiloidoz