Con Ernest Vilyamson () - Dünyada ilk dəfə sualtı filmi çəkmiş şəxs. Sualtı fotoşəkilləri çəkmək üçün fotosferi icad etmişdir. Vilyamson sualtı qayıqdan ilk foto çəkmiş şəxs kimi də tarixə düşüb.

Həyatı

Con Ernest Vilyamson 1881-ci ilin 8 dekabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində anadan olub. Atası Amerika Birləşmiş Ştatlarının Virciniya ştatının Norfolk şəhərindən olan dəniz kapitanı Çarlz Vilyamson dövrünün tanınmış dənizçilərindən biri olmuşdur.American Museum of Natural History Atası Çarlz konsentrik dəmir halqalardan hazırlanmış və akkordeon kimi uzanan dərin dəniz borusu icad etmişdi. Boru sualtı təmir və gəmilərin xilas edilməsi üçün istifadə edilmişdir.

1912-ci ildə Vilyamson müxbir kimi işləyərkən Norfolk Limanında sualtı fotoşəkillər çəkmək üçün bu cihazdan istifadə etmişdir. Daha sonra o, məşhur fransız yazıçısı Jül Vernin şərəfinə adlandırdığı fotosfer cihazısını ixtira edərək onunla Baham adalarında sualtı kinofilmlər çəkməyə başlamışdır.

Vilyamson Sualtı Film Korporasiyası adlı film şirkəti yaratmışdır. 1914-cü ildə onun ilk sualtı kinofilm olan və köpəkbalıqlarından bəhs edən Otuz min lye su altında filmi təqdim olunub. Film öz adını Jül Vernin 1870-ci ildə tamamladığı macəra romanı İyirmi min lye su altından götürüb. Con Ernest Vilyamsonun rəhbəri olduğu Sualtı Film Korporasiyası dünyada yaradılmış ilk qurulan ilk kinostudiyalardan biri olan Tanhauzer Film Korporasiyası ilə əməkdaşlıq edərək sualtı filmlər mövzusunda müxtəlif filmlər çəkməyə davam etmişdir.

İstinadlar

Kateqoriya:Liverpulda doğulanlar Kateqoriya:Birləşmiş Krallıqda doğulanlar Kateqoriya:Nassauda vəfat edənlər Kateqoriya:Baham adalarında vəfat edənlər Kateqoriya:İngilis fotoqraflar Kateqoriya:Sualtı fotoqrafiya Kateqoriya:İngiltərə ixtiraçıları