Ağakişilər — Azərbaycan Respublikasının Zəngilan rayonunun İsgəndərbəyli kənd inzibati ərazi dairəsində kənd.
Kənd Zəngilan rayonunun şimalında yerləşir.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Tarixi Ağakişilər kəndi dağlıq ərazidədir. Etnotoponimdir. Kəndi vaxtilə Ermənistanın Qafan rayonunun Kirs kəndindən ağakişilər nəsli salmışdır. Kəndin ərazisi keçmişdə həmin nəslin qışlaq yeri olmuşdur. 1933-cü ildə Bərdə rayonu ərazisində də eyniadlı kənd qeydə alınmışdır.
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri