Reykyavik — İslandiyanın paytaxtı və ən böyük şəhəri. Müstəqil dövlətlərin paytaxtları arasında şimal qütbünə ən yaxın yerləşən şəhərdir. Əhalisi 120.000 (ətraf qəsəbələrlə birlikdə 200.000) nəfər olan Reykyavik İslandiyanın iqtisadi və mədəni mərkəzidir. Reykyavikin əsasının təxminən 9-cu əsrdə İngolfr Arnarson tərəfindən qoyulduğu ehtimal edilir. Lakin Reykyavik şəhər kimi 18-ci əsrdə formalaşmışdır. Reykyavik rəsmi olaraq 1786-cı ildə şəhər statusunu almış, həmin dövrdən sonra şəhərin sürətli inkişafı başlamışdır.
Tarixi
İqlimi Reykyavik İslandiyanın cənub-qərbində yerləşir. Şəhərdə temperatur qış aylarında çox nadir hallarda −15° Selsidən aşağı olur. Bunun səbəbi şəhərin yerləşdiyi ərazinin yaxınlığından isti Qolfstrim cərəyanının keçməsidir. Reykyavikin okean sahilində yerləşsə də orada güclü küləklər çox olmur. Yay aylarında hava sərin keçir, temperatur 10–15° Selsi arasında dəyişir. Rekord yüksək temperatur 2008-ci il 30 iyulunda qeydə alınıb — 26,2° Selsi. Ən aşağı temperatur (-24,5° Selsi) isə 1918-ci ilin yanvarın 21-də olub.
Əhalisi Reykyavik İslandiyada ən çox əhalisi olan yaşayış məntəqəsidir. Müasir Reykyavik 100-dən çox ölkədən gəlmiş insanların yaşadığı beynəlmiləl bir şəhərdir. Şəhərdə ən çoxsaylı etnik azlıqlar polyaklar, filippinlilər və danimarkalılardır. 2009-cu ilin statistikasına görə ölkə xaricində doğulmuş sakinlər Reykyavik əhalisinin 8%-ni təşkil edir.
Reykyavik şəhərinin əhalisi 2008-ci il statistikasına görə 120.000 nəfər, metropoliya əhalisi isə 200.000 olub. Aşağıdakı cədvəldə Reykyavik şəhərinin müxtəlif illərdə əhalisinin sayı göstərilmişdir. + Reykyavikin Müxtəlif İllərdə Əhalisi.İl Şəhər Metropoliya1801 600 -1860 1.450 -1901 6.321 8.2211910 11.449 14.5341920 17.450 21.3471930 28.052 33.8671940 38.308 43.4831950 55.980 64.8131960 72.407 88.3151970 81.693 106.1521980 83.766 121.6981985 89.868 --1990 97.569 145.9801995 104.258 --2000 110.852 175.0002005 114.800 187.1052006 115.420 191.6122007 117.721 196.1612008 119.848 201.585
İnfastruktur
Təhsil Reykyavikdə yerləşən universitetlər.
İslandiya Universiteti Reykyavik Universiteti İslandiya İncəsənət Akademiyası
Qardaş şəhərlər ölkəşəhərVinnipeqSankt-PeterburqStokholmKopenhagenOsloSietlKinqston-apon-HallTorshavnNuukHelsinkiİrəvan
İstinadlar
Kateqoriya:Avropanın liman şəhərləri