Ülgüc üzərində qaçan 2049 () — rejissoru Deni Vilnöv olan, əsas rolları Rayan Qoslinq, Harrison Ford və Ana de Armasın canlandırdığı, 2017-ci ildə neo-noir elmi fantastika janrında çəkilmiş ABŞ filmi. 1982-ci ildə ekranlaşdırılmış “Ülgüc üzərində qaçan” filminin sikvelidir. Filmdə Rayan Qoslinqin ifa etdiyi "blade runner" olaraq çalışan K adlı obraz missiyalarından biri zamanı cəmiyyət və insanlığın gələcəyi üçün potensial olaraq geniş nəticələrə səbəb ola biləcək bir sirri açır.

“Ülgüc üzərində qaçan” filminin davamının çəkilməsinə dair danışıqlar 1990-cı illərdə başlamışdır. Lakin müxtəlif lisenziyalaşdırma problemləri hər hansı bir irəliləyişin əldə olunmasına mane olub. Endü Kosove və Broderik Conson film hüquqlarını prodüser Bud Yorkindən satın almışdırlar. Riddli Skott əvvəlcə filmin rejissoru təyin edilir, lakin sonra o, icraçı prodüser olur və rejissorluq Deni Vilnövə həvalə edilir. “Ülgüc üzərində qaçan 2049” filminin çəkilişi üçün lazım olan büdcə "Alcon Entertainment" və "Sony Pictures" tərəfindən təmin edilmişdir. Məbləğin bir hissəsi Macarıstan hökumətinin vergi güzəştindən əldə olunub. "Warner Bros." filmi ABŞ və Kanadada, "Sony" isə digər ölkələrdə nümayiş etdirib. Filmin çəkilişləri əsasən Budapeştdə 2016-cı ilin iyulundan noyabrınadək dörd ay ərzində iki çəkiliş meydançasında aparılıb.

“Ülgüc üzərində qaçan 2049” filminin premyerası 3 oktyabr 2017-ci ildə Los-Ancelesdəki Dolbi teatrında baş tutub. Film ABŞ-nin bütün şəhərlərində oktyabrın 6-da nümayiş olunmuşdur.

İstinadlar

Kateqoriya:2017-ci ilin filmləri Kateqoriya:2017-ci ilin ABŞ filmləri Kateqoriya:2017-ci ilin 3D filmləri Kateqoriya:Alcon Entertainment filmləri Kateqoriya:ABŞ-nin 3D filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:Kiberpank filmləri Kateqoriya:Süni intellekt haqqında filmlər Kateqoriya:Hadisələrin gələcəkdə cərəyan etdiyi filmlər Kateqoriya:Ən yaxşı vizual effektlərə görə Oskar mükafatı alan filmlər Kateqoriya:Uydurmada uçan maşınlar Kateqoriya:IMAX filmləri Kateqoriya:Scott Free Productions filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:2010-cu illərin ABŞ filmləri Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin detektiv filmləri Kateqoriya:ABŞ-nin müəmma triller filmləri Kateqoriya:ABŞ-nin antiutopik filmləri Kateqoriya:ABŞ-nin elmi-fantastika triller filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Hans Zimmerin film musiqiləri Kateqoriya:Las-Veqas haqqında filmlər Kateqoriya:ABŞ-nin neonuar filmləri Kateqoriya:Budapeştdə çəkilmiş filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Ətraf mühit haqqında filmlər Kateqoriya:Transhumanizm haqqında filmlər Kateqoriya:Alternativ tarix filmləri Kateqoriya:Genetik mühəndisliyi haqqında filmlər Kateqoriya:Yaddaşın silinməsi və dəyişdirilməsi haqqında filmlər Kateqoriya:Los-Anceles Polis Departamenti haqqında filmlər Kateqoriya:Holoqrafiya haqqında filmlər Kateqoriya:Filip Dikin əsərləri əsasında çəkilmiş filmlər