thumb|Tenebra şamlığındakı on beş şam — Antonio Gaudi - Müqəddəs Ailə Məbədi. İbadət zamanı şamlar bir-birinin ardınca söndürülür. Tenebrae (Latın dilində "qaranlıq" deməkdir) — Qərb Xristianlığının Pasxa günündən əvvəlki üç gün ərzində keçirilən və şamların tədricən söndürülməsi, "strepitus" və ya "yüksək səs" ilə xarakterizə olunan dini mərasimidir. Mərasim sona yaxın tam qaranlıqda keçir.
Tenebrae əvvəlcə Müqəddəs Həftənin son üç gününün (Müqəddəs Cümə axşamı, Yaxşı Cümə və Müqəddəs Şənbə) və əvvəlki günlərin (Müqəddəs Çərşənbə, Müqəddəs Cümə axşamı və Mübarək Cümə) axşamlarında xüsusi şənliklərin müşayiəti ilə qeyd edilməsi idi. Həmin bu şənliklərdə xüsusi üçbucaqlı şamlıq üzərində yandırılan şamlar nümayiş etdirilirdi.Webster's New World College Dictionary (2014) defines Tenebrae as "a Holy Week night service (Wednesday through Friday), formerly widely observed in the Western Church, consisting of group recitation of Matins and Lauds of the following day in commemoration of Christ's death and burial". Collins English Dictionary (British usage) gives: "(formerly) the matins and lauds for Thursday, Friday, and Saturday of Holy Week, usually sung in the evenings or at night.
Tenebrae adlanan müasir qeydedişlər Yeddi Son Sözə və ya İsanın Əziyyətinin oxunuşlarına əsaslanaraq tamamilə fərqli məzmun və quruluşa malik ola bilərlər. Onlar Müqəddəs həftənin yalnız bir günündə, xüsusən Casus Çərşənbəsində (Müqəddəs Çərşənbə) keçirilə bilərlər. Əsasən gündüz saatlarında keçirilə və şamların sayı da dəyişə bilər.
Bu cür liturgik Tenebrae qeydedişləri indi Katolik Kilsəsinin Latın liturgik ayinlərində, Lüteranlıqda, Anqlikanizmdə, Metodizmdə, İslah edilmiş kilsələrdə və Qərb Rite Pravoslavlığında mövcuddur.
İstinadlar
Kateqoriya:Kilsə musiqisi Kateqoriya:Musiqi terminləri Kateqoriya:İsanın iztirabları Kateqoriya:Katolik liturgiyası