Yunanıstanın Yaponiyadakı səfirliyi (; ) – Yunanıstan Respublikasının Yaponiyanın paytaxtı Tokioda yerləşən səfirliyi. Yunanıstanın Tokiodakı səfirliyi (; ) kimi də tanınır.
Tarixi Yaponiya ilə Yunanıstan arasında diplomatik əlaqələr 1899-cu ildə "dostluq, ticarət və naviqasiya haqqında müqavilə" imzalanmasından sonra qurulmuşdur.
Birinci Dünya müharibəsinin sonlarında – 7 mart 1918-ci ildə Tokioda Yunanıstanın Yaponiyadakı krallıq nümayəndəliyi açılmışdır. Nümayəndəliyin ilk rəhbəri Dimitris Verenikis olmuşdur. Lakin bu nümayəndəlik beş il sonra – 9 fevral 1923-cü ildə bağlanmışdır.
28 mart 1939-cu ildə Yunanıstanın Yaponiyadakı krallıq nümayəndəliyi Tokioda yenidən açılmışdır. Nümayəndəliyin rəhbəri təyin olunmuş Atanasi Qeorqi Politis Yunanıstan krallığı ilə Uzaq Şərqdəki Ox qüvvələri arasındakı diplomatik əlaqələrdən məsul olmuşdur.
6 aprel 1941-ci ildə Almaniya və İtaliya qüvvələri Yunanıstan krallığına daxil olaraq ölkəni işğal etmişdir. Mühacirətdə olan Yunanıstan hökuməti 6 dekabr 1941-ci ildə Yaponiya ilə diplomatik əlaqələrini kəsdiyini açıqlasa da, Yunanıstanın Yaponiyadakı nümayəndəliyi 9 mart 1946-cı ilə qədər rəsmi olaraq bağlanmamışdır. İkinci Dünya müharibəsi illərinin sonunda Yaponiya hava üstünlüyünü itirdiyi üçün 13 ölkənin diplomatik missiyası Karuyzavaya təxliyə edilsə də, Yunanıstanın nümayəndəliyi həmin missiyalardan biri olmamışdır.
19 may 1953-cü ildə Yunanıstan krallığı San-Fransisko müqaviləsini ratifikasiya etmiş və Yaponiya ilə diplomatik əlaqələrini bərpa etmişdir. 15 avqust 1959-cu ildə Tokioda Yunanıstanın krallıq nümayəndəliyi yenidən fəaliyyətə başlamışdır. 18 oktyabr 1960-cı ildə bu nümayəndəlik Yunanıstanın Yaponiyadakı krallıq səfirliyi statusuna qaldırılmışdır.
21 aprel 1967-ci ildə Yunanıstanda baş vermiş hərbi çevriliş nəticəsində Yunanıstanda monarxiya ləğv olunmuşdur. Çevrilişdən beş ay sonra – 18 sentyabrda yeni səfir Dimitris Avramidis öz etimadnaməsini İmperator Hirohitoya təqdim etmiş və səfirliyin adından krallıq sözü çıxarılmışdır.
Missiya rəhbərləri 10 mart 2022-ci ildən etibarən Yunanıstanın Yaponiyadakı səfiri vəzifəsini Dimitrios Karamitros-Tziras icra edir.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiya–Yunanıstan münasibətləri Kateqoriya:Yunanıstanın diplomatik nümayəndəlikləri Kateqoriya:Tokiodakı diplomatik nümayəndəliklər