Vahan () — erməniəsilli Bizans hərbi rəhbəri. Onun 636-cı ildə Yərmuq döyüşündən az sonra öldürüldüyü güman edilir.
Həyatı Emesa Bartikyan, Hrach. «Վահան» (Vahan). Armenian Soviet Encyclopedia. vol. xi. Yerevan: Armenian Academy of Sciences, 1985, p. 243. qarnizon komandiri olmuş və 602–628-ci illər Bizans–Sasani müharibəsi zamanı hərbi magistr vəzifəsində çalışmış erməniəsilli Vahan Yərmuqda ümumi səhra komandiri idi. Vahan və onun qüvvələrinin bir hissəsi döyüşün özündə məhv olmaqdan qaçmışdır, lakin sonradan Dəməşqə geri çəkilərkən ərəb mobil mühafizəçiləri tərəfindən təqib edilmiş və öldürülmüşdür. Buna baxmayaraq, digər mənbələrdə rüsvay olmuş Vahanın Sinaydakı monastıra təqaüdə çıxa biləcəyi bildirilmişdir.
Ərəb mənbələri digər Roma sərkərdələri ilə müqayisədə Vahanın "nəcib və saleh davranışını" vurğulayır. Vahanın və ya onun əsgərlərinin Yərmuqdan əvvəl imperator İrakliyə qarşı üsyan etdiyinə dair iddialar məğlubiyyətin günahını onun üzərinə yıxmaq üçün hazırlanmış qarayaxma olduğu ehtimal edilir.
İstinadlar
Kateqoriya:Bizans–ərəb müharibələri Kateqoriya:Bizans sərkərdələri Kateqoriya:Ermənistan hərbçiləri