Qazaxgeyt (, ) — ABŞ biznesmeni və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin keçmiş müşaviri Ceyms Giffenlə bağlı qalmaqal.Peter Maass, The Fuel Fixers , The New York Times, December 23, 2007.

İttihamlar ABŞ prokurorları Ceyms Giffeni 1990-cı illərdə Qərb şirkətləri üçün Tengiz neft yataqları ilə bağlı müqavilələri təmin etmək üçün Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə və Qazaxıstanın keçmiş baş naziri Nurlan Balqımbayevə rüşvət verməkdə ittiham etmişdilər.Kazakhgate fires up Kazakhstan's election campaign Eurasia InsightMarlena Telvick, Indictments allege bribes were paid for Kazakhstan oil , San Francisco Chronicle, April 7, 2003 Ceyms Giffen 2003-cü ildə Nyu-Yorkun Con Kennedi adına Beynəlxalq Hava Limanında Parisə yollanan təyyarəyə minmək istəyərkən həbs edilmişdi, lakin sonradan bunu edən zaman onun ölkədən qaçmağa cəhd etmədiyi müəyyən edilmişdir. Onun geri dönüş bileti var idi və bu, adi planlaşdırılmış ezamiyyət idi. O, ABŞ-nin Nyu-York şəhərinin Cənub dairəsinin prokurorluğu tərəfindən 1974-cü il Xarici Korrupsiya Təcrübələri Aktını pozmaqda və çirkli pulların yuyulmasında ittiham olunmuşdur. Qazaxıstan qanunlarında ikili vətəndaşlığa icazə verilməsə də, onun yanında Qazaxıstan diplomatik pasportu olmuşdur. Vəkillik həmçinin "Mobil" şirkətinin Qazaxıstanda fəaliyyət göstərən biznesindən rüsumlarla bağlı vergidən yayınmada "Mobil"in keçmiş icraçı direktoru C. Brayan Vilyamsa da ittiham irəli sürmüşdür.

Federal rüşvət ittihamına görə, Giffen İsveçrə banklarında hesablar yaratmaqda və 20 milyon dollar köçürməkdə,Kazakhstan President Nazarbayev Accepted Bribes, U.S. Alleges, Bloomberg, April 16, 2003. Qazaxıstan məmurlarının ailə üzvləri üçün eksklüziv internat məktəblərində təhsil haqqını ödəməkdə və milyonlarla dollar dəyərində zinət əşyaları almaqda ittiham olunurdu. Giffenin vəkilləri iddia etmişdilər ki, Giffen ABŞ hökumətinin tam məlumatı və razılığı ilə hərəkət edirdi. Giffen iddialarını dəstəkləmək üçün məhkəmə prosesində məxfi məlumatlara giriş istəmişdi. Hökumət məxfi məlumatların üzə çıxarılmasına qarşı çıxmışdır.Timothy O'Connor, "Mamaroneck banker can use spy defense at trial ," The Journal News, January 26, 2007.

Reaksiya Qazaxıstan rəsmi olaraq bildirmişdir ki, ittihamlar ABŞ vətəndaşına aid olduğu üçün onların ölkəsi ilə heç bir əlaqəsi yoxdur, baxmayaraq ki, bir neçə amerikalı hüquqşünas Qazaxıstan adından ABŞ Ədliyyə Nazirliyinə müraciət etmişdi. Onlar ABŞ-nin Qazaxıstanla münasibətlərinin strateji əhəmiyyətini nəzərə alaraq prosesi dayandırmağı xahiş etmişdilər.Eurasia.net, "Letter Indicates that Attorneys for Kazakhstan Were Concerned about President's Possible Indictment in US Corruption Case ," Eurasia Insight, March 8, 2003.

Məhkəmə Qazaxgeyt məhkəməsində Giffen iddia etmişdir ki, o, bu fəaliyyətlərlə bağlı məxfi sənədləri yaymaqdan imtina edən MKİ-nin icazəsi ilə hərəkət edir. Onun müdafiəsində bildirilmişdir ki, Giffen sadəcə olaraq xarici dövlət kimi qanuniliyi öz baxışlarına uyğun müəyyənləşdirmək hüququna malik olan Qazaxıstan hökumətinin göstərişlərinə əməl etmişdir və ABŞ-nin maraqlarına xidmət etmişdir.

2010-cu ilin avqustunda Giffen korrupsiyaya qarşı mübarizə qanunlarına əsasən vergi pozuntusunda günahını etiraf etmişdir. Bir neçə onillik həbs cəzası ilə nəticələnə bilən digər ittihamlar ləğv edilmişdir. Giffenə məxsus olan "Mercator Corporation" Xarici Korrupsiya Təcrübələri Aktını pozaraq Qazaxıstan Respublikasının yüksək vəzifəli dövlət məmuruna qanunsuz ödəniş etməkdə təqsirli bilinmişdir.

Məhkəmə prosesi 2010-cu ilin noyabrında başa çatmışdır. Məhkəmədə ictimaiyyətə açıqlanmayan məxfi sənədlərə istinad edə bildiyini bildirən ABŞ-nin dairə Hakimi Vilyam Henri Pauli Giffen üçün nə həbs cəzası, nə də cərimə təyin etmişdir.

İstinadlar

Xarici keçidlər Indictments allege bribes were paid for Kazakhstan oil Kazakhstan President Nazarbayev Accepted Bribes, U.S. Alleges James Giffen - an International Mystery

Kateqoriya:Siyasi qalmaqallar Kateqoriya:Qazaxıstanda siyasət Kateqoriya:Nursultan Nazarbayev