General-leytenant — Azərbaycan hərbi birləşmələrində və dövlət orqanlarında verilən ali rütbə. Hərbi və xüsusi rütbə olmaqla iki əsas qrupa bölünür. General-leytenant rütbəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən, əsasən, hərbi birləşmə və dövlət orqanı rəhbərlərinin müavinlərinə verilir.
Tarixi SSRİ dövründə general-leytenant rütbəsi 7 may 1940-cı ildə təsis edilmiş və Fəhlə-Kəndli Qırmızı Ordusunun ali zabit heyətinə verilmişdir. Böyük Vətən müharibəsində və sonrakı illərdə bu rütbə müxtəlif kateqoriyalara bölünərək ittifaq respublikalarındakı, habelə Azərbaycan SSR-dəki şəxslərə SSRİ Nazirlər Sovetinin qərarı ilə verilmişdir.
Azərbaycan 1991-ci ildə SSRİ-nin tərkibindən çıxaraq müstəqillik əldə etdikdən sonra general-leytenant rütbəsinin verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirmişdir.
Təsnifatı "Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"na əsasən general-leytenant rütbəsi hərbi dəniz donanmasındakı vitse-admiral ali hərbi rütbəsinə, prokurorluq və ədliyyə orqanlarındakı II dərəcəli dövlət ədliyyə müşaviri, miqrasiya orqanlarındakı II dərəcəli dövlət miqrasiya xidməti müşaviri, vergi orqanlarındakı 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbələrinə, birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə, eləcə də dövlət qulluğundakı 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə uyğundur.
Hazırda Azərbaycanda hərbi birləşmələr və dövlət orqanlarında general-leytenant rütbəsi aşağıdakı kimi təsnifatlaşdırılır:
Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə — general-leytenant ali hərbi rütbəsi; Silahlı birləşmələrdə və dövlət orqanlarında — tibb xidməti general-leytenantı ali hərbi və ali xüsusi rütbələri; Ədliyyə və prokurorluq orqanlarında — ədliyyə general-leytenantı ali hərbi və ali xüsusi rütbələri; Gömrük orqanlarında — gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi; Daxili işlər orqanlarında — polis general-leytenantı ali xüsusi rütbəsi; Fövqəladə hallar orqanlarında — daxili xidmət general-leytenantı ali xüsusi rütbəsi.
Bundan əlavə, 2004–2018-ci illərdə feldyeger rabitəsi orqanlarında feldyeger xidməti general-leytenantı ali xüsusi rütbəsi də mövcud olmuşdur.
Fərqlənmə nişanları
Poqonlar Ali hərbi rütbələr Ali xüsusi rütbələrGeneral-leytenant Ədliyyə general-leytenantı Polis general-leytenantı Gömrük xidməti general-leytenantı Ədliyyə general-leytenantı Daxili xidmət general-leytenantı Feldyeger xidməti general-leytenantı 158x158px 158x158px 158x158px 158x158px 158x158px 158x158px 158x158px 158x158px 158x158px 158x158px 158x158px Azərbaycan Ordusu və digər silahlı birləşmələrdə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində Dövlət Sərhəd Xidmətində Dövlət Təhlükəsizliyi Xidmətində Xarici Kəşfiyyat Xidmətində Ədliyyə və prokurorluq orqanlarında Daxili işlər orqanlarında Gömrük orqanlarında Ədliyyə və prokurorluq orqanlarında Fövqəladə hallar orqanlarında Feldyeger rabitəsi orqanlarında(2004–2018)
Rəhbər vəzifədə çalışan şəxslərin poqonları sünbül təsviri ilə haşiyələnir. Mərasim geyimlərində isə poqonların üzərinə qızılı rəngdə naxışlı örtük çəkilir. Ali hərbi rütbələr Ali xüsusi rütbələrGeneral-leytenant Gömrük xidməti general-leytenantı 158x158px 158x158px 158x158px 158x158px 158x158px Azərbaycan Ordusu və digər silahlı birləşmələrin rəhbəri vəzifəsində Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində
Həmçinin bax General-polkovnik General-mayor Azərbaycan generallarının siyahısı
İstinadlar
Kateqoriya:Azərbaycan rütbələri