Tətil () — islam teologiyasında tanrını öz sifətlərindən "məhrum etmək" mənasını verən anlayış. Bu söz hərfi mənada fəaliyyəti təxirə salmaq və dayandırmaq mənasını daşıyır. Bu, apofatik teologiyanın bir formasına istinad edir, tanrının öz yaratdıqlarının heç bir bənzəməməsi və insan üçün mövcud olan anlayışların məhdud olması, onun ətrafı qavrayışından asılı olması səbəbindən deyilir. Nəticə olaraq, onun ilahi sifətlər qarşısında susmaq, "Quran" və hədislərdə verilən izahlarla kifayətlənməkdən başqa çarəsi yoxdur. Tətil təşbihin (antropomorfizm və ya antropopatizm), fiziki xüsusiyyətlərin və ya duyğu kimi insani xüsusiyyətlərin tanrıya aid edilməsinin qütb əksidir. Həm tətil, həm də təsbih meynstrim islamda günah və ya bidət sayılır.

Tətilin korrektiv təlimi təsbitdir (tanrının sifətlərini təsdiq edən), təsbihin korrektiv təlimi isə tənzihdir (tanrını pak saxlamaq).

Həmçinin bax Şirk Müşabihət Təşbih

İstinadlar

Kateqoriya:İslam terminləri Kateqoriya:İlahiyyat Kateqoriya:Ərəb dilində sözlər və ifadələr