Aya Nikola və yaxud Agios Nikolayos (; ) — İnəgöl Təkfuru.

Həyatı 1278-ci ildə II Andronik tərəfindən Təkfur olaraq İnəgölə göndərilmişdir.

Onun Qayı tayfası və xüsusilə də Ərtoğrul Qazi ilə yaxşı əlaqələri mövcud idi.

Ərtoğrul Qazinin ölümündən sonra Dündar bəylə Osman Qazi arasında baş vermiş olan bəylik üstündəki münaqişədən istifadə edərək türkmən xalqının ərazilərinə soxularaq torpaq əldə etmək istəmişdir.

1283-cü ildə Osman bəyin ordusu ilə İnəgölə gəldiyi xəbərini alan Aya Nikola, Osman bəyin hücumuna pusqu ilə cavab vermişdir. İlk döyüşünü Osman bəylə Ermənibəli ərazisində aparmışdır. Bu döyüşdə Saru Batu Savcı bəyin oğlu 15 yaşlı Bayhoca şəhid olmuş və Bizans ordusu məğlub edilmişdir.

1284-cü ildə Osman bəy Qulucahisar qalasının daxilində olan casuslarının vasitəsilə gecə basqını həyata keçirdərək Qulucahisar qalasını ələ keçirmişdir. Qulucahisar qalasının tutulması xəbərini alan Nikola Konstantinopoldakı imperator II Andronikdən 300 nəfərlik Bizans süvari dəstəsi istəmişdir.

İnəgöl qalasını illərlə müdafiə edib saxlamış Aya Nikola, Osman bəyin yeni bir bəylik yaratmaq istəyindən xəbər tutmuşdur. 1287-ci ildə Osmanın bəyliyi və ordusu getdikcə güclənmiş və həmin il 350 süvarisi ilə bərabər Osman bəy Qaracahisar qalasını ələ keçirmişdir. İllər keçdikcə Yarhisar və Biləcik regionlarını da ələ keçirdərək getdikcə güclənən Osman bəy başda Turqut Alp olmaqla bir çox Qayı veteranı ilə bərabər İnəgöl qalası istiqamətində hərəkət etmiş və qalanı ələ keçirdikdən sonra Aya Nikola Osman Qazi tərəfindən öldürülmüşdür. İnəgöl müharibəsi zamanı Osman bəyin böyük qardaşı Gündüz bəydə 60 yaşında şəhid olmuşdur.

Populyar mədəniyyətdə 1988-ci ildə TRT 1-də yayımlanmış olan "Kuruluş Osmancık" adlı serialda Kuzey Varqın tərəfindən, ATV-də yayımlanmış olan "Quruluş Osman" adlı serialda isə Erkan Avcı tərəfindən canlandırılmışdır.

İstinadlar