Valentin Nikolayeviç Belkeviç (; ) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet, Belarus və Ukrayna futbolçusu. Məşqçi. Belarus milli futbol komandasının keçmiş üzvü.
Klub karyerası Belkeviç 27 yanvar 1973-cü ildə Minsk şəhərində anadan olub. Atası tarixçi, anası isə rus dili müəllimi olub.
Minsk "Dinamo"sunun Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. İlk məşqçisi Mixail Stepanoviç Bratçenya olub.
"Dinamo"nun heyətində ilk rəsmi oyununu 4 sentyabr 1991-ci ildə, SSRİ Kubokunun 1/16 final mərhələsi çərçivəsində "Polesye"yə qarşı keçirib. Start heyətdə meydana çıxan Belkeviç, görüşün 50-ci dəqiqəsində komandasının ikinci qolunu vurub. Oyun bərabərliklə başa çatıb — 2:2. 1991–1996-cı illər ərzində "Dinamo"nun heyətində çempionat oyunlarında 133 oyuna çıxıb və 54 qol vurub. Komandası ilə birlikdə 5 dəfə Belarus çempionatının, 2 dəfə isə Belarus Kubokunun qalibi olub.
1996-cı ilin yayında komanda yoldaşı Aleksandr Xaçkeviç ilə birlikdə "Dinamo Kiyev" komandasına transfer olunub. Burada ilk iki mövsüm əsas heyətə düşməkdə çətinkik çəkib. Bu səbəbdən o, əsas komanda ilə paralel əvəzedici komandada da oynamaq məcburiyyətində qalıb. Yalnız Valeri Lobanovskinin baş məşqçi postuna təyin olunmasından sonra vəziyyət dəyişib. Futbolçu onun rəhbərliyi altında müxtəlif mövqelərdə oynamağı bacaran əsl universal futbolçuya dönüşüb.
Hücumçular — Şevçenko və Rebrov cütlüyü ilə əla anlaşma qurmağı bacaran Belkeviç, onlarla birlikdə "Dinamo"nun "zərbə" üçbucağını təşkil edib. 1996–2007-ci illər ərzində Kiyev təmsilçisinin heyətində ümumilikdə 344 oyun keçirib, 69 qol vuran futbolçu, 8 dəfə Ukrayna çempionatının, 7 dəfə isə Ukrayna Kubokunun qalibi olub.
2008-ci ilin iyun ayında azad agent statusunda Bakının "İnter" klubu ilə bir illik müqavilə imzalayıb. Yeni klubunda ilk rəsmi oyununu 29 iyul 2008-ci ildə, Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Serbiyanın "Partizan" klubuna qarşı keçirib.
"İnter"də oynaya-oynaya həm də məşqçilik kursunu oxuyan Belkeviç, 2009-cu ilin yanvar ayında A kateqoriyalı məşqçi lisenziyası alıb. Bu hadisədən sonra klubla mövsümün sonuna kimi olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib və futbolçu karyerasını başa vurub.
Milli karyerası 28 oktyabr 1992-ci ildə Ukrayna milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda Belarus milli komandasının heyətində debüt edib. Belkeviç, 1992–2005-ci illər aralığında formasını geyindiyi Belarus milli komandasının heyətində ümumilikdə 56 oyun keçirib, 10 qol vurub və 11 qol ötürməsi verib.Прессбол «Год без Валентина Белькевича. Чтобы помнили»
Valentin Belkeviç Belarus milli komandasının heyətində ən çox qol vurmuş altıncı futbolçudur.
Məşqçi karyerası 2010-cu ilin iyun ayından "Dinamo Kiyev"in gənclər komandasının baş məşqçisinin köməkçisi işləyib. 2013-cü ildə komandanın baş məşqçisi vəzifəsinə təyin olunub. Həmin mövsüm "ağ-göylər", 19 yaşlılar arasında Ukrayna çempionatının qalibi olmağı bacarıblar.
2014-cü ilin yayında "Dinamo Kiyev"in U-21 komandasına baş məşqçi təyin olunub. Lakin klub bu dəfə onun rəhbərliyi altında yaxşı nəticə göstərə bilməyib və mövsümü 6-cı pillədə başa vurub. Bundan sonra, 2014-cü ilin iyulunda Belkeviçi baş məşqçi postunda ispan Visente Qomez əvəz edib.
Şəxsi həyatı "Dinamo Minsk"də oynadığı zaman Olesya adlı xanımla vətəndaş nikahına daxil olub.
23 iyun 2004-cü ildə məşhur ukraynalı müğənni, "VİA Qra" qrupunun solisti Anna Sedokova ilə ailə həyatı qurub. 8 dekabr 2004-cü ildə cütlüyün Alina adlı qızları dünyaya gəlib. Lakin onların evliliyi uzun çəkməyib, heç iki il tamam olmadan cütlük ayrılmaq qərarını verib.
Valentin Belkeviç 1 aprel 2008-ci ildə Ukrayna vətəndaşlığını alıb.
Ölümü 250px|thumb|right|Baykovo qəbiristanlığında Valentin Belkeviçin məzarı. Belkeviç, 2014-cü il avqustun 1-də tromboemboliyadan vəfat edib.Футбол. Умер Валентин Белькевич , pressball.by (1 августа 2014)Пішов з життя Валентин Белькевич , fcdynamo.kiev.ua (1 августа 2014) İki gün sonra Kiyevdəki Baykovo qəbiristanlığında dəfn edilib. Sonralar Minskdəki Şimal qəbiristanlığında futbolçunun kenotaf abidəsi qoyulub.
Nailiyyətləri
Komanda Dinamo Minsk Belarus çempionatı: 1992, 1992/93, 1993/94, 1994/95, 1995 Belarus Kuboku: 1992, 1993/94 Belarus superkuboku: 1994
Dinamo Kiyev Ukrayna çempionatı: 1997, 1998, 1999, 2000, 2001, 2003, 2004, 2007 Ukrayna Kuboku: 1998, 1999, 2000, 2003, 2005, 2006, 2007 Ukrayna superkuboku: 2004, 2006, 2007 Birlik Kuboku: 1997, 1998, 2002
Şəxsi Belarusda ilin futbolçusu: 1995 Ukrayna çempionatının ən yaxşı futbolçusu: 2000/01 ("Komanda" qəzetinin versiyasına görə)
İstinadlar
Xarici keçidlər Valentin Belkeviç "Dinamo Kiyev" komandasının heyətində. 2006-cı il.
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Belarus futbolçuları Kateqoriya:Ukrayna futbolçuları Kateqoriya:Ukraynalı futbol məşqçiləri Kateqoriya:Dinamo Minsk FK futbolçuları Kateqoriya:Dinamo Kiyev FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Futbolda dopinq halları Kateqoriya:Azərbaycanda legioner Belarus idmançıları Kateqoriya:Ürək-damar xəstəliyindən vəfat edənlər Kateqoriya:Ukraynanın kişi futbolçuları Kateqoriya:Legioner Belarus futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Ukraynada legioner futbol məşqçiləri Kateqoriya:Ukrayna Birinci Liqasının futbolçuları Kateqoriya:Ukrayna İkinci Liqasının futbolçuları Kateqoriya:Ukraynada legioner futbolçular Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri