Cəlil Məmmədəli oğlu Cavadov (1 avqust 1918, Fatmayı, Bakı qəzası – 6 fevral 1980, Bakı) — Azərbaycan-sovet sərkərdəsi, kontr-admiral (1968), Azərbaycan və SSRİ-nin türk-müsəlman xalqlarının tarixində ilk admiral, Azərbaycan SSR Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin (OADKYC) Respublika Komitəsinin sədri (1954–1971), Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırış (1959–1963) deputatı.
Cəlil Cavadov Böyük Vətən müharibəsi zamanı Qara dəniz, Şimal dənizi, Baltik dənizində, eləcə də Dunay çayında keçirilən hərbi əməliyyatlar zamanı desant çıxarılması və bir sıra şəhərlərin təxliyə olunmasında iştirak etmişdir. O, döyüşlərdə və OADYKC-da xidmətlərinə görə 2 dəfə "Qırmızı Ulduz" ordeni və bir sıra medallarla təltif olunmuşdur.
Erkən həyatı left|thumb|189px|Qara Dəniz Ali Hərbi-Dəniz Məktəbinin müdavimi Cəlil Cavadov, 1937 Cəlil Məmmədəli oğlu Cavadov 1918-ci il avqustun 1-də Abşeronun Fatmayı kəndində ziyalı ailəsində anadan olmuşdur. Bəzi məqalələrdə anadan olma ili 1916-cı il göstərilsə də, nikah haqqında şəhadətnamədə və xüsusən də partiya xasiyyətnamələrində (sovet dövründə vəzifəyə təqdimat yazılarkən xasiyyətnaməyə xüsusi diqqət yetirilirdi) 1918-ci il göstərilib. Atası Məmmədəli Cavadov (1882–1946), Fatmayı kəndinin sakini olub, tanınmış neft milyonçusu və xeyriyyəçi Musa Nağıyevin şirkətlərindən birində müdir işləyib, sovetlər dövründə neft sənayesində çalışıb. Anası, Həmidə Cavadova (1890–1929) Fatmayı kəndinin sakini, evdar qadın olub. Həmidə xanımın atası Fatmayı məscidinin axundu və məktəb nəzdindəki məktəbin müdiri Daşdəmir Rzayev idi.
Təhsili Cəlil Cavadov 1929-cu ildə Fatmayı kəndində məktəb bitirmiş, 1930–1935-ci illərdə Bakıda N.Nərimanov adına Sənaye Texnikumunun kimya fakültəsində oxumuşdur. Texnikumu bitirdikdən sonra "AzNeft" birliyinin Azqazkontorunda texnik-kimyaçı vəzifəsinə işə qəbul olunub. Burada bir il işlədikdən sonra, 1936-cı ildə D.İ.Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutuna daxil olub. 1937-ci ildə institutun 1-ci kursunu bitirəndən sonra komsomol göndərişinə əsasən Sevastopol şəhərindəki P.S.Naximov adına Qara Dəniz Ali Hərbi-Dənizçilik məktəbinə daxil olmuşdur. Cavadov məktəbin ilk müdavim qrupunda olub. Müdavimlər dəniz qırağındakı çadırlarda, qış vaxtında "Ocakov" köhnə paraxodunda yaşayırdılar. Dərslər açıq havada və natamam hazır olan tikililərdə keçirilidi. Dərslərdən sonra istirahət əvəzinə müdavimlər tikintidə çalışırdılar. Bütün dövlət imtahanlarını uğurla verən Cavadov "miçman" rütbəsinə layiq görüldü və 1941-ci il martın 18-də "vaxta komandiri" ixtisası ilə 6 aylıq təcrübə keçməyə göndərildi. Təcrübə müddəti bitəndən sonra gənc miçmanlar məktəbə qayıtmalı və burada leytenant poqonları və diplomları almalı idilər.
Hərbi fəaliyyəti
Dunay və Krım döyüşlərində iştirakı right|thumb|220px|Cəlil Cavadov 1941-ci ildə Miçman C.Cavadov SSRİ-nin ən qərb donanması olan Dunay Hərbi Donanmasına (DHD) təyinat aldı. Cavadov 3 ay ərzində "Jeleznyakov" monitorun döyüş artilleriya hissə komandirinin dublyoru, sonra isə 1125 layihəli zirehli kater komandirinin dublyoru kimi xidmət etdi.
1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə qəfil hücumu ilə İkinci Dünya müharibəsinin "Sovet İttifaqının 1941-1945-ci illər Böyük Vətən müharibəsi" adlı yeni mərhələsi başladı. Müharibənin ilk gününü miçman Cavadov öz zirehli katerində döyüş postunda qarşıladı. 1941-ci il iyunun 22-də alman aviasiyasının dəstəyi ilə rumın qoşunları Reni, İzmail, Yeni Kiliya, Vilkov və DHD–nın İzmaildəki əsas bazasının bombardmanına başladı. İyunun 22–24-də DHD gəmiləri Dunayı minalayır, müdafiə olunan qoşunları atəşlə dəstəkləyərək Dunayın sağ sahilini atəşə tuturdular. C.Cavadovun zirehli kateri bu döyüşlərdə iştirak edirdi. 24 iyun 1941-ci ildə miçman C.Cavadova "leytenant" hərbi rütbəsi verildi.SSRİ Hərbi-Dəniz Donanması (HDD) Xalq Komissarının 0962 saylı, 1941-ci il 24 iyun tarixli əmri İyunun 25-də Cavadov Satul-Nou burnuna desant çıxarılması, iyunun 26-da Kiliya-Veke (Köhnə Kiliya) şəhərinə desant çıxarılması və şəhərin tutulmasında iştirak etdi. Kiliya-Veke şəhərinə desant çıxarılması zamanı Cavadov xüsusi fərqləndi: ala qaranlıqda, qarşı tərəfin atəşi altında onların artilleriyasının atəşini korrektə edən müşahidə məntəqəsini məhv etdi.
Cavadovun zirehli kateri DHD Kiliya gəmilər qrupu tərkibində döyüşlərdə iştirak edirdi. İyulun 22-də DHD gəmiləri Nikolayev limanında cəmləşdilər, lakin bir ay müddətində aramsız döyüşlər, eləcə də Dunaydan Qara dənizə keçid nəticəsində gəmi və katerlər zədəli idi. Zədələnmiş gəmiləri, o cümlədən Cavadovun zirehli katerini təmir etmək mümkün olmadı. "Boş" hərbi gəmilər yox idi və Cavadov yedək gəmisinə komandir təyin olunmasına razılıq verdi. "Qırmızı Ulduz" ordeni təqdim ediləndə Cavadovun təltif vərəqəsində yazılmışdır: "Yedək gəmisinin komandiri olaraq Dunayın ağzından əhalinin və dövlət əmlakının təxliyəsini həyata keçirirdi. Qarşı tərəfin aviasiyasının aramsız zərbələri altında Nikolayev yaxınlığında qarşı tərəfə atəş açan monitor gəmilərinə hərbi sursat çatdırırdı. Atəş və hava zərbələri nəticəsində yedək gəmisində bir neçə dəfə yanğın başlamış, lakin yoldaş Cavadovun bacarıqlı hərəkətləri və fərasəti nəticəsində hərbi sursat alovdan xilas edilmiş və verilən tapşırıqlar vaxtında yerinə yetirilmişdir".
Avqustun 12-15-də Cəlil Cavadovun yedək gəmisi Nikolayevin təxliyə olunmasında iştirak etmişdir. Avqustun 15-dən yedək gəmisi Xerson limanında idi. Döyüşkən komandir qarşı tərəfin hərbi təyyarələrinin aramsız həmlələri, sualtı qayıqlarının hücumları altında səhra artilleriyası və hətta tankların atəşindən yayınaraq fövqəladə şəraitdə mərmi və patronlar daşıyırdı. Avqustun sonunda Cavadov Xerson şəhərinin təxliyə olunmasında iştirak etdi.
DHD komandanının sərəncamında olan leytenant Cavadov 1941-ci ilin sentyabrında Dəniz briqadası tərkibində dəniz piyadaları bölüyünün komandiri təyin olundu. Burada o, Kinburn dili uğrunda qurudakı döyüşlərdə iştirak etdi. Bu döyüşlərdə leytenant Cavadov ayağından yaralandı və Sevastopola təxliyə olundu.
1941-ci il oktyabrın 19-da leytenant C.Cavadov "dəniz ovçusu" MO-4 katerinin komandir köməkçisi təyin olundu. Bort nömrəsi 120 olan bu kater Qara Dəniz Donanmasının Baş Bazası Hövzəsinin Mühafizəsi tərkibinə aid idi. Cəlil Cavadova yazılmış təltif vərəqində yazılmışdır: "MO-120 katerinin komandir köməkçisi olaraq qarşı tərəfin aviasiyası və sualtı qayıqlarının güclü həmlələri altında mühasirədə olan Sevastopola hərbi sursat və ərzaq daşıyan nəqliyyat gəmilərini müşayiət edirdi". Cavadovun MO-120 kateri Kerç – Feodosiya əməliyyatında (26 dekabr 1941 – 20 may 1942-ci il) desant çıxarılması və Sudak desant əməliyyatında (6 yanvar – 27 yanvar 1942-ci il) iştirak etmişdir. 1942-ci ilin iyulunda Sevastopolun müdafiəçilərinin təxliyəsi zamanı leytenant Cavadov öz gəmisindən aralı döyüş əmrlərini yerinə yetirməli olmuşdur. Məhz onun sayəsində Qara Dəniz Donanmasının 6 ədəd dalğıc gəmisi və 20-dən artıq dalğıcının qarşı tərəfin artıq ələ keçirdiyi şəhərdən çıxarmaq mümkün olmuşdur.
Cavadovu komandanlıq orden və medallara təqdim etmiş, lakin o, təltif nişanlarını müharibənin sonunda, bəzilərini isə müharibədən sonra almışdır. Cəlil Cavadovun ilk təltif nişanı "Döyüş xidmətlərinə görə" medalı idi. Cavadovun Sevastopol uğrunda döyüşlərdə göstərdiyi xidmətlər ikinci döyüş təltif nişanı — "Sevastopolun müdafiəsinə görə" medalı ilə qeyd olunmuşdur.
Qafqaz hərbi əməliyyatlar teatrındakı döyüşlərdə iştirakı Leytenant Cəlil Cavadov Tuapse hərbi-dəniz bazasında dislokasiya olunmuş 12-ci tral katerləri divizionu tərkibində tral kateri (KTŞ) komandiri təyin olundu. KTŞ-nin əsas məqsədi qarşı tərəfin minaları ilə mübarizə idi. Lakin Cavadovun kateri həmçinin mina sədd gəmisi, tüstü sədd gəmisi, hava müşayiəti, xəbərdarlığı və rabitəsi kateri və başqa məqsədlər üçün istifadə olunurdu. 1943-cü il fevralın 4-də Cavadovun kateri Cənubi Ozereykada desant çıxarılmasında iştirak etmişdir. Qarşı tərəfin atəşi altında desantı çıxardı, daha sonra od tutub yanan iki sovet katerinə yaxınlaşdı və onların heyətlərini xilas etdi. Qafqaz hərbi əməliyyatlar teatrında döyüş əməliyyatlarında fəal iştirakına görə leytenant Cəlil Cavadov "Qafqazın müdafiəsinə görə" medalına layiq görülmüşdür.
Şimal Donanmasında döyüşlərdə iştirakı left|thumb|320px|Şimal Donanmasının "kiçik ovçu"su dərinlik bombaları ilə qarşı tərəfin sualtı qayığına hücum edir 1943-cü il fevralın 11-də Cavadov dinləyici qismində S.Kirov adına Sualtı Qayıqlar və Qayıqlar Əleyhinə Qırmızıbayraqlı Təlim Dəstəsi Nəzdində Ali Xüsusi Kurslarına göndərildi.SSRİ Hərbi-Dəniz Donanması Xalq Komissarının 0241 saylı əmri Kursları bitirdikdən sonra leytenant Cəlil Cavadov Şimal donanmasında "Kiçik ovçu" katerinin komandiri təyin olundu.SSRİ HDD Xalq Komissarının 4 avqust 1943-cü il tarixli 0400 saylı əmri Bir neçə ay ərzində Cavadovun kateri Solovets yunqalar məktəbinin mühafizəsində iştirak etmişdir. 1943-cü ilin sonunda leytenant Cavadovun kateri Şimal Donanmasının Polyarnıy şəhərində bazası olan "kiçik ovçular" katerlər divizionunun tərkibinə daxil edildi. Divizionun katerləri qarşı tərəfin sualtı qayıqlarının axtarışını aparır, gəmiləri müşayiət edir, hava hücumlarından qoruyur, həmçinin qarşı tərəfin kommunikasiyalarında müxtəlif tapşırıqları yerinə yetirir, mina sədləri qoyur, desantlar çıxarırdılar. Komandanlıq "kiçik ovçu"ları mütləq desant vasitələri tərkibinə daxil edirdi, çünki onlar fyordların girişində atəşə tutulan zaman atəş sektorunu sürətlə keçib desant çıxarmaq iqtidarında idilər. "Kiçik ovçu"ların vacib tapşırıqlarından biri sovet sualtı qayıqların minalanmış ərazilərdən keçirmək idi. Barens dənizində belə keçidlərin biri zamanı Cavadovun kateri qarşı tərəfin keşikçi gəmisi ilə üz-üzə gəldi. Müqayisə olunmayan kiçik ölçüləri və atəş qüvvəsi olan Cavadovun kateri nəinki qarşı tərəfi qovmağa müvəffəq oldu, həm də sovet sualtı qayığını qarşılayıb limana keçirdi. Digər növbətçilik zamanı Cavadovun kateri minalanmış sahənin hüdudunda manevr edərək dərinlik bombaları ilə qarşı tərəfin sualtı qayığını qovdu, sonra isə sovet sualtı qayığını qarşıladı və limana keçirdi.
1944-cü il Arktika naviqasiyasında Cavadovun kateri Kara dənizində döyüş əməliyyatlarında iştirak etdi. 16 mart 1944-cü ildə o, baş leytenant rütbəsinə layiq görüldü.SSRİ HDD Xalq Komissarının 16 mart 1944-cü il tarixli, 0199 saylı əmri 1944-cü ilin yazında Cavadov Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul olundu. 1944-cü il oktyabrında Cavadovun MO-4 kateri sovet donanmasının ən uğurlu desant əməliyyatlarından biri olan Liinaxamari desantında (1944-cü il, 12 oktyabr – 14 oktyabr) iştirak etdi.
Baş leytenant Cəlil Cavadovun Şimal Donanmasındakı döyüşlərdə iştirak etməsi 1944-cü il dekabrın 5-də "Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalı ilə qeyd olundu (medal 1945-ci il martın 7-də təqdim olunub).
Dunaydakı döyüşlər və Dunayın minalardan təmizlənməsində iştirakı right|thumb|320px|Cəlil Cavadovun komandiri olduğu BK-221 zirehli kater. 1945-ci il 1945-ci il martın sonunda Cavadov yenidən yaradılmış Dunay Hərbi Donamasına təyinat aldı. 4 aprel 1945-ci ildə Cəlil Cavadov BK-221 zirehli katerin komandiri təyin olundu.SSRİ HDD Xalq Komissarının 4 aprel 1945-ci il tarixli, 0650 saylı əmri Cavadovun zirehli kateri DHD-ın 1-ci zirehli katerlər briqadası 3-cü divizionu 4-cü dəstəsinə daxil idi.