İvona Monika Bleçarzik (Ləh dilində oxunuşula İvona Monika Blexarçık) (; ) ― polşalı TIR sürücüsü və yutuber. O 2013-cü ildə YouTube-da "Trucking Girl" adlı kanal yaratmış, 2021-ci ildə isə sahibi və operatoru olduğu "Imagination Transport" nəqliyyat şirkətini qurmuşdur.
Bioqrafiya Bleçarzik Polşanın Alt-karpat vyodalığında, Kosteva kəndində anadan olub. O, 2007-ci ildə Miss Polşa gözəllik müsabiqəsində iştirak etmişdir. 2010-cu ildə universiteti bitirən İvona Bleçarzik ixtisaslı ingilis dili müəllimi olub. O, Polşadan İngiltərəyə gedən marşrutlarda mikroavtobus sürücüsü kimi işləyib, daha sonra geyim sənayesində çalışıb. Bleçarzik 2011-ci ildə peşəkar yük maşını sürücüsü kimi fəaliyyətə başlayıb.
O 2013-cü ildə YouTube-da "Trucking Girl" adlı kanal yaratmışdır. O, bu kanalda öz yük maşınının kabinəsindən çəkdiyi videoları paylaşır və nəqliyyatla bağlı mövzularda söhbətlər edir. Kanal iki dildə — polyak və ingilis dillərində fəaliyyət göstərir. Kanalın izləyicilərinin təxminən yarısı Polşadandır. Polşadan kənarda isə onun videoları ən çox Almaniya, ABŞ, Kanada və Böyük Britaniyada izlənilir. Bleçarzik 2017-ci ildə EuroShell-in ödəmə kartı üçün reklamın siması olmuşdur.
Bleçarzik altı il boyunca böyük ölçülü nəqliyyatla işləyib və müxtəlif növ yüklər daşıyıb. 2017–2018-ci illərdə o, Kanada və ABŞ-yə səyahət etmiş və burada ixtisaslaşdırılmış yük maşınlarının sürücüsü kimi işləmişdir. Bleçarzik Rusiya-Ukrayna müharibəsi zamanı humanitar yardımların daşınması üçün könüllü işləyən sürücülərdən biri olub.
Mattel 2019-cu ildə onu "Barbi-şero" ("Babie Shero") titulu ilə təltif etmiş və dünyadakı qadın rol-modellərə həsr olunmuş "Barbi-şero" kolleksiyasına onun da gəlinciyini əlavə etmişdir. Bleçarzik Volvo Trucks şirkətinin səfiri olub.
O, TEDx konfransında məruzəçi kimi iştirak etməyə dəvət olunub. Discovery Channel kanalı Polşada Przygody truckerki (Yük maşını sürücüsü qadının sərgüzəştləri) serialını təqdim etmək üçün Bleçarziki seçmişdir.
Bleçarzik haqqında Almaniyanın milli həftəlik qəzeti olan Die Zeit, yenə Almaniya qəzeti olan Der Spiegel, Kanadada gündəlik fransızca yayımlanan La Presse onlayn qəzeti, metropolitaine.fr saytı və nəqliyyatlar haqqında macarca vebsayt ola vezess.hu da daxil olmaqla bir çox yerdə məqalələr dərc olunub.
2020-ci ildə Bleçarzikin "Yük maşını sürücüsü qadın. Dünyanın hər yerində 70 metrlik yük maşını ilə" () adlı 320 səhifəlik kitabı nəşr edilib.
Bleçarzik 2021-ci ildə özünün Volvo FH13 yük maşını və qoşqu dəsti ilə Imagination Transport şirkətini qurub. 2023-cü ildə şirkətin aktivlərinə Volvo FH16 və böyük ölçülü qoşqunun da əlavəsi ilə şirkət həddindən böyük ölçüdə yüklərin daşınmasını da həyata keçirməyə başlamışdır.
İstinadlar
Kateqoriya:YouTuberlər