Basiani Ansamblı və ya "Basiani" Gürcü Xalq Mahnısının Dövlət Ansamblı kimi tanınan, 2000-ci ildə yaradılmış gürcü xor ansablı. 2013-cü ildə Dövlət Ansamblı statusu verilmişdir.

Ansambl Gürcüstanın müxtəlif yerlərindən, milliyətcə gürcü olan musiqiçilərdən ibarətdir. Üzvlərin çoxu ənənəvi xalq mahnıları ifa edən ailələrdən gəlirlər və bir çox üzvlər uşaqlıqdan müxtəlif ansambllarda xalq mahnılarını oxuyublar. Yarandığı gündən etibarən Basiani gürcü ənənəvi polifoniya nümunələrini fəal şəkildə canlandırır və təbliğ edir.

İstinadlar