thumb|Teodor Lessinqin 1930-cu ildə nəşr olunan "" kitabının bir nəşrinin üz qabığı.

"Özünə nifrət edən yəhudi" və ya avtoantisemit (, ; feminen forması – , ) — hər hansı bir konkret məsələyə baxışı antisemitizm kimi qəbul edilən yəhudini təsvir etmək üçün istifadə edilən peyorativ termin. Bu termin XXI əsrdə xüsusilə sağçı baxışları olan insanlar tərəfindən solçu baxışları olan və ya öz siyasi baxışlarına zidd olaraq qəbul edilən digər yəhudilərə qarşı peyorativ şəkildə geniş şəkildə tətbiq edilmişdir.

Anlayışın tanınması Almaniya yəhudilərindən olan filosof Teodor Lessinq tərəfindən 1930-cu ildə "" () kitabı nəşr edildikdən sonra geniş vüsət almışdır. Lessinq burada yəhudi ziyalıları arasında iudaizm haqqında fikirlərini ifadə edərək antisemitizmi qızışdırmağa yönəlmiş bir meyli izah etməyə çalışmışdır. İndiki dövrdə yəhudi diasporu daxilində özünə nifrətdən qaynaqlanan antisemitizm bəzi yəhudilərin Ərəb–İsrail münaqişəsini dərk etmələrinə görə öz kimliklərinə nifrət etmələri fonunda "Soyuq müharibə dövründə sionizmlə bağlı müzakirələrdə və ondan kənarda açar opprobrium termininin bir hissəsinə" çevrildiyi deyilir.Paul Reitter (2008), "Zionism and the Rhetoric of Jewish Self-Hatred", The Germanic Review 83(4)

Tarixi Ronald Hendelə görə, yəhudilərin əcdadları olan İsrail övladları əcdadlarının adət-ənənələrini "yad" və "təhlükəli" kimi təsvir edərək Kənan irsini adətən rədd edirdilər. Filip Bohstrom İsrailin əcdadı olan İbrahimin amorey olduğuna inanır, lakin bu, sonradan amoreylərə qarşı Mesopotamiya qərəzlərini qəbul edən "Bibliya" müəllifləri tərəfindən anlaşılmaz hala gətirilmişdir.

Gili Kluger iddia edir ki, "Bibliya"da Amalek övladları haqqında rəvayətlər İsrail xalqı arasında özünə nifrət hissini əks etdirir. Burada Amaleki özlərinin "xoş gəlməyən qardaşı", "rədd edilmiş oğlu" və İsrailin məxsusi günahlarına malik olan bir xalq kimi görürlər.

Xristianlığın mərkəzi olan "Əhdi-cədid"də Həvari Pavelin məktubları, onun yəhudi mənşəli olmasına baxmayaraq, bəzi alimlər tərəfindən yəhudilərə qarşı yunan-Roma paqan münasibətini əks etdirən "ağına-bozuna baxmayan antiyəhudi polemika" kimi təsvir edilir.David Luckensmeyer. pp.167-171. Digərləri məktubların "Əhdi-ətiq" mövzuları ilə rezonans doğurduğunu iddia edirlər.Amy Karen Downey, Paul's Conundrum: Reconciling 1 Thessalonians 2:13-16 and Romans 9:1-5 in Light of His Calling and His Heritage, Wipf and Stock Publishers, 2011 pp.61ff,66-7.

Oxşar terminlər "Antisemit yəhudi" bu ifadənin sinonimi olaraq da istifadə edilə bilər. "Özünə nifrət edən yəhudi" eyni zamanda afroamerikalı icmasında istifadə edilən "Tom əmi" termini ilə də müqayisə edilmişdir.Eugene Kane, "A phrase whose time has come and gone ", Milwaukee Journal Sentinel, December 10, 2002.Alan Snitow and Deborah Kaufman, BLACKS & JEWS: Facilitator Guide , 1998. "Avtoantisemitizm" termini (, "") ivrit dilində də bunasinonim olaraq istifadə olunur. "Haaretz"də dərc edilən köşə yazısında Uzi Zilber "Yəhudi qripi" ifadəsini yəhudilərin özünə nifrətinin sinonimi kimi istifadə etmişdir.

Həmçinin bax Almaniya Milli Yəhudilər Assosiasiyası

İstinadlar

Əlavə ədəbiyyat Henry Bean, The Believer: Confronting Jewish Self-Hatred, Thunder's Mouth Press, 2002. ISBN 1-56025-372-X. David Biale, "The Stars & Stripes of David", The Nation, May 4, 1998. John Murray Cuddihy, Ordeal of Civility: Freud, Marx, Levi-Strauss, and the Jewish Struggle With Modernity, Beacon Press, 1987. ISBN 0-8070-3609-9. Sander L. Gilman, Jewish Self-Hatred: Anti-Semitism and the Hidden Language of the Jews, Johns Hopkins University Press, 1990. ISBN 0-8018-4063-5. Theodor Lessing, "Jewish Self-Hatred", Nativ (Hebrew: translated from German), 17 (96), 1930/2004, pp. 49–54 (Der Jüdische Selbsthass, 1930). Kurt Lewin, "Self-Hatred Among Jews", Contemporary Jewish Record, June 1941. Reprinted in Kurt Lewin, Resolving Social Conflicts: Selected Papers on Group Dynamics, Harper & Row, 1948. David Mamet, The Wicked Son: Anti-Semitism, Self-hatred, and the Jews, Schocken Books, 2006. ISBN 0-8052-4207-4. Raphael Patai, The Jewish Mind, Wayne State University Press, 1996. ISBN 0-8143-2651-X. Chapter 17, "Jewish Self-Hate".

Xarici keçidlər "Ask the Rabbis: What is a 'Self-Hating Jew'?", Moment, November/December 2009. Rabbi Michael Lerner, "Israel's Jewish Critics Aren't 'Self-Hating'", Los Angeles Times, April 28, 2002. Reprinted at Common Dreams NewsCenter. Daniel Levitas, "Hate and Hypocrisy: What is behind the rare-but-recurring phenomenon of Jewish anti-Semites?", Southern Poverty Law Center Intelligence Report, Winter 2002. Jacqueline Rose, "The myth of self-hatred, The Guardian, February 8, 2007. Rabbi Jonathan Sacks, "Love, Hate, and Jewish Identity", First Things, November 1997. Menachem Wecker, "In Defense of 'Self-Hating' Jews: Conversations with the Targets of Masada2000's S.H.I.T. List", Jewish Currents, May 2007. Martine Gilson, Le petit soldat de la pieuvre noire, Nouvel observateur, 2003-10-09 Les « traîtres juifs » d'Alexandre Adler, 2003-11-01

Kateqoriya:Antisemitizm Kateqoriya:Şəxsiyyət anlayışları Kateqoriya:Yəhudi cəmiyyəti Kateqoriya:Yəhudi mədəniyyəti Kateqoriya:Peyorativlər