thumb|300px|Qarabağ 1856 Padar
Padar — Azərbaycan Respublikasının Qubadlı rayonunun Balasoltanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Toponimikası Padar kəndi Həkəri çayının sahilindədir. Yaşayış məntəqəsi oğuz-səlcuq tayfalarından biri olan padaraların adı ilə bağlıdır. Tədqiqatçılara görə, padarlar Elxanilər dövründə (XIII əsr) Orta Asiyadan Azərbaycana gəlmişlər. Padarlar Azərbaycanın c.-unda yaşamış, Səfe- vilər dövründə (XVI–XVII əsrlərdə) dağlı tayfaların basqınlarının qarşısını almaq məqsədilə Azərbaycanın şm. zonasma köçürülmüş¬dülər. Şahsevən tayfa ittifaqında mühüm rol oynayan padarlar sonralar müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar müxtəlif ərazilərə səpələnmişdilər. XIX əsrdə Cavad qəzasında yaşayan padarlarm ilxıçı, qaraçörüklü, axtaçı, pölüklü, küyülçü və s. tirələrindən, ümumiyyətlə 20 tirə və 218 ailədən ibarət olması haqqında məlumat mövcuddur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı, "Şərq-Qərb", 2007. səh.427
Əhalisi Erməni işğalınadək kənd əhalisi Azərbaycan türklərindən ibarət idi.
Həmçinin bax Qubadlı rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti
Kateqoriya:Qubadlı rayonunun kəndləri