Regina Universiteti — Kanadanın Regina şəhərində ictimai tədqiqat universiteti.
1911-ci ildə Kanada Metodist Kilsəsinin himayəsi ilə Regina Kolleci adı altında yaradılmışdır (Methodist Church of CanadaMethodist Church of Canada). 1925-ci ildə kiçik bir kollec olaraq Saskaçevan Universiteti nərzində fəaliyyət göstərirdi 1934-cü ildə kilsədən ayrıldı və müstəqil universit oldu. 1961-ci ildən Regina Universiteti dərəcə vermək statusu qazandı.
Kollecləri Universitetin 3 federal kolleci var:
Çempion Kolleci Kanada Yerli Millətlər Universiteti Lüter Kolleci
Fakültələri Regina Universitetində sertifikat, diplom, bakalavr və magistr dərəcələri üzrə müxtəlif proqramlar təklif edən 10 fakültə və 1 məktəb var.
Fakültələri Ümumi baxış İncəsənət fakültəsi Sosial, linqvistik və humanitar elmlərin tədris olunduğu Universitetinin ən böyük fakültəsi.Welcome to the Faculty of Arts | Arts, University of Regina . Arts.uregina.ca. Retrieved on 2014-02-27. Ölkədə yeganə Polis Tədqiqatları proqramını təklif edən fakültə. Biznesin İdarəetmə fakültəsi Fakültə həm Paul J. Hill Biznes Məktəbini (bakalavr proqramları)Paul J. Hill School of Business | Paul J. Hill School of Business, University of Regina . Uregina.ca. Retrieved on 2014-02-27.) həm də Kennet Levene Biznes Məktəbininin (magistr/sertifikat) proqramlarını əhatə edir.Kenneth Levene Graduate School of Business | Kenneth Levene Graduate School of Business, University of Regina . Levene.uregina.ca. Retrieved on 2014-02-27. Təhsil fakültəsi İbtidai və orta səviyyəli tədris üçün bakalavr və magistr proqramlarını təklif edir. Mühəndislik və Tətbiqi Elmlər fakültəsi Təklif olunan mühəndislik proqramları: Elektron Sistemlər Mühəndisliyi, Ətraf Mühit Sistemləri Mühəndisliyi, Sənaye Sistemləri Mühəndisliyi, Neft Sistemləri Mühəndisliyi və Proqram Sistemləri Mühəndisliyi Tələbələr aşağıdakı fənlər üzrə ixtisas əlavə edə bilərlər: Rabitə Mühəndisliyi, Nəzarətlər, Rəqəmsal Dizayn, Enerji Elektroniği, İstehsalat Mühəndisliyi və Proses Mühəndisliyi. Media və İncəsənət fakültəsi İncəsənət, teatr, musiqi və media istehsalı və tədqiqatları sahəsində təsviri və ifaçılıq sənəti və sənət təhsili proqramlarına ev sahibliyi edir. Araşdırmalar və Tədqiqat fakültəsi Bütün digər fakültələrlə birlikdə magistratura və doktorantura təhsili proqramları təklif edir. Kinesiologiya və Sağlamlıq Tədqiqatları Fakültəsi Tibb bacısı fakültəsiFaculty of Nursing - University of Regina Undergraduate Calendar . Uregina.ca. Retrieved on 2014-02-27. 2011-ci ildən tibb bacısı proqramı təklif edir. Elmlər fakültəsi Şöbə və proqramlara informatika, riyaziyyat və statistika, geologiya, biologiya, fizika, kimya və biokimya və aktuar elmləri daxildir. Sosial iş fakültəsi Təcrübə və tədqiqata əsaslanan təhsil proqramları təklif edir.Faculty of Social Work - University of Regina Undergraduate Calendar . Uregina.ca. Retrieved on 2014-02-27.
Qallereyası
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Kanada universitetləri Kateqoriya:Universitetlər