Ötüken Sırrı oğlu Senger (tam adı:Ötüken Senger) — Türkiyə Cümhuriyyəti Qars bələdiyyə başçısı, professor.

Həyatı

Prof. Dr. Ötüken Senger 1978-ci ildə Qarsda anadan olub. İbtidai, orta və lisey təhsilini şəhərdə başa vuran Senger Atatürk Universitetinin Mühəndislik Fakültəsinin İnşaat Mühəndisliyi fakültəsini bitirib.

Kafkas Universiteti Ərdahan Peşə Məktəbinə müəllim vəzifəsinə təyin olunan Senger, magistratura təhsilini Kafkas Universiteti Elm və Texnologiya İnstitutunun Tətbiqi Riyaziyyat bölməsində tamamlayıb. 2018-ci ildə Kafkas Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsində İdarəetmə İnformasiya Sistemləri Departamentini quran Prof. Dr. Ötüken Senger eyni kafedranın müdiri vəzifəsinə təyin edilib və eyni kafedrada professor-müəllim vəzifəsində çalışıb.

Babaları qərbi Azərbaycandan Qars köç ediblər.“Azərbaycan bizim ata-baba yurdumuzdur” - QARS BƏLƏDİYYƏ SƏDRİ İLƏ MÜSAHİBƏ

Siyasi fəaliyyəti

Siyasi fəaliyyətlə məşğul olub. Milliyyətçi Hərəkat Partiyasının üzvüdür. 31 mart 2024-cü ildə Türkiyədə keçirilən bələdiyyə seçkilərində Milliyyətçi Hərəkat Partiyasından Qars bələdiyyə sədri seçilmişdir.

İstinadlar