T1 (keçmiş adı ilə SKT T1) – Cənubi Koreya kiberidman klubu. Klubun əsası 2002-ci ildə "Team Orion" kimi qoyulsa da, 2004-cü ildə rəsmi olaraq "SKT T1" kimi yaradılmışdır.

"T1"nın "League of Legends" komandası dünyanın ən uğurlu komandalarından biri hesab olunur: 6 dəfə dünya çempionu (2013, 2015, 2016, 2023, 2024, 2025), 10 dəfə Cənubi Koreya çempionu və 2 dəfə Mövsüm Ortası Turnirinin (2016, 2017) qalibi olmuşdur.

Tarixi "T1" klubunun əsası 2002-ci ildə "StarCraft" oyunçusu Lim "BoxeR" Yo-hvan tərəfindən "Team Orion" adı ilə yaradılmışdır. 2003-cü ilin dekabrında klub "4 Union" adlanmışdır. 13 aprel 2004-cü ildə Cənubi Koreyanın simsiz telekommunikasiya şirkəti "SK Telecom" komandanın sponsoru olmuş və komandanın adı "SKT T1" olmuşdur.

Klubun müxtəlif vaxtlarda "Heartstone", "PUBG", "Fortnite", "Apex Legends", "Dota 2" komandaları olmuşdur. 2019-cu ilin oktyabrında komanda rebrendinq edərək "T1" adını almışdır. 9 mart 2020-ci ildə "Valorant" komandası yaradılmışdır.

League of Legends thumb|"T1" 2015-ci ildə dünya çempionluğu titulunu qeyd edərkən. thumb|Faker.|180px "T1"nın "League of Legends" komandası 13 dekabr 2012-ci ildə "Eat Sleep Game" klubunun heyəti əsasında yaradılmışdır. Komanda qatıldığı ilk dünya çempionatında qalib olsa da, 2014-cü ildəki turnirə vəsiqə qazana bilməmişdir. 2015-ci ildə keçirilmiş dünya çempionatında 15 qələbə və 1 məğlubiyyətlə növbəti çempionluğu qazanmışdır.

Cənubi Koreya çempionatında 2016-cı ilin yay splitində 3-cü yeri tutsa da, dünya çempionatına vəsiqə qazanmışdır. Dünya çempionatında finala qədər irəliləyərək "Samsung Galaxy" komandasına 3–2 hesabı ilə qalib gəlmiş və 3-cü dəfə dünya çempionu olmuşdur. Faker turnirin ən dəyərli oyunçusu seçilmişdir.

2022-ci ildəki dünya çempionatında finala qədər irəliləmiş, lakin "DRX" komandasına 2–3 hesabı ilə uduzmuşdur. 2023-cü ildə keçirilmiş dünya çempionatında finalda "Weibo Gaming" klubuna 3–0 hesabı ilə qalib gələrək 4-cü dünya çempionluğunu qazanmışdır. 2024-cü ildə keçirilmiş dünya çempionatında finalda "Bilibili Gaming" klubuna 3–2 hesabı ilə qalib gələrək 5-ci dünya çempionu olmuşdur. 2025-ci ildə keçirilmiş dünya çempionatında finalda "KT Rolster" klubuna 3–2 hesabı ilə qalib gələrək ardıcıl üçüncü, ümumilikdə 6-cı çempionluğunu əldə etmişdir. "T1" bu turniri ardıcıl üç dəfə qazanan ilk komanda olmuşdur.

Heyət

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Cənubi Koreyanın kiberidman komandaları Kateqoriya:League of Legends Koreya Çempionları komandaları