və ya doğum adı ilə Haruki Şimazaki – Yaponiya yazıçısı. Yapon naturalizminin əsas müdafiəçilərindən biri olmuşdur.

İlk illəri 1872-ci ildə Naqano prefekturasının Maqome şəhərində doğulmuşdur. Doğum adı Harukidir. Yaponiya klassiklərinin tədqiqatçısı olmuş Masaki Şimazakinin dördüncü oğlu idi. Şimazaki ailəsi fermer sinfinə mənsub olsa da, regionun aparıcı ailələrindən biri olmuşdur.

1881-ci ildə təhsil almaq məqsədilə Tokioya köçmüşdür. 1887-ci ildə Meyci Qakuin məktəbinə daxil olmuş, 1891-ci ildə məzun olmuşdur. 1893-cü ildə "Bungakukai" ədəbi jurnalını təsis edən şəxslərdən biri olmuşdur. 1896-cı ildə müəllim kimi işləmək üçün Tokiodan Sendaya köçmüşdür. Bir il Tohoku Qakuin məktəbində dərs demişdir. 1897-ci ildə "Gənc bitkilər kolleksiyası" adlı ilk şeir kolleksiyasını nəşr etmişdir. Romantik üslubda yazılmış bu şeir kolleksiyası gənc oxucular tərəfindən bəyənilmişdir. 1899-cu ildə Naqano prefekturasının Komoro şəhərinə köçmüş və Komoro Qicuku məktəbinin müəllimi olmuşdur. 1900-cü ildə növbəti şeir kolleksiyası nəşr olunmuşdur.

Yazıçılıq fəaliyyəti Tokioya qayıtdıqdan sonra roman yazmağa qərar vermişdir. "Sulu boya rəssamı" onun ilk roman işi olmuşdur. 1906-cı ildə "Pozulmuş əmr" adlı əsas romanı nəşr olunmuşdur. Yaponiya ədəbiyyatının ilk naturalist romanı hesab olunan bu romanın baş qəhrəmanı burakumin olduğunu gizlətməyə çalışan məktəb müəllimidir.

Toson növbəti illərdə avtobioqrafik romanlar yazmağa üslünlük vermişdir. 1908-ci ildə yazdığı ikinci romanı "Bahar" onun gənclik illərindən bəhs edir. 1910–1911-ci illərdə yazdığı "Ailə" romanı yapon naturalizminin klassik əsərlərindən biri hesab olunur. Roman yazıçının qohumluq əlaqələri olduğu iki ailənin zəifləməsindən bəhs edir. Toson 1929–1935-ci illərdə yazdığı əsas tarixi romanı olan "Şəfəqdən öncə" romanında Meyci islahatını atasının prespektivindən təsvir etmişdir.

Toson 1935-ci ildə yaradılmış Yaponiya PEN Klubunun ilk prezidenti olmuşdur. Gi de Mopassanın hekayələrini yapon dilinə tərcümə etmişdir.

Xatirəsi Tosonun doğulduğu ev bərpa olunaraq 1952-ci ildə Toson Memorial Muzeyi kimi açılmışdır.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Əsərlərinin elektron versiyası

Kateqoriya:Yaponiya romançıları Kateqoriya:Yaponiya şairləri Kateqoriya:Naturalizm (ədəbiyyat) Kateqoriya:Yaponiyada dəfn olunanlar Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları