Pyotr Lebedev Nikolayeviç () — rus fiziki. 1887–1891-ci illərdə Strasburqda və Berlində işləmiş, 1891-ci ildə vətənə qayıtdıqdan sonra Moskva Universitetində (1900-cü ildən prof.) dərs demişdi. 1911-ci ildə istefaya çıxmış və şəxsi vasaiti ilə Şanyavski universitetində fizika laboratoriyası yaratmışdır. Müxtəlif təbiətli dalğaların ümumi qanunauyğunluqlarını müəyyənləşdirmişdir. Yaratdığı qurğu vasitəsilə ilk dəfə millimetrlik elektromaqnit dalğaları almış, onların əksolunma, qoşa sınma, interferensiya və s. xassələrini müəyyən etmişdir. Lebedev işığın bərk cismə və qazlara göstərdiyi təzyiqi aşkara çıxarmış və ölçmüş, Yerin fırlanmasının Yer maqnetizminin yaranmasında rolunu tədqiq etmişdir. Rusiyada ilk fizika məktəbini yaratmışdır. SSRİ EA Fizika İnstitu Lebedevin adınadır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Rusiya alimləri Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Moskva Dövlət Universitetinin müəllimləri Kateqoriya:Şüalanma Kateqoriya:Şüalanma