Sədat Haqqı Əldəm (; ) — türk memar, akademik və yazıçısı. O, XX əsrin aparıcı türk memarlarından biridir. Osmanlı dövrü evləri, XVIII–XIX əsr saray və malikanələri, klassik Osmanlı memarlığına dair araşdırmaları ilə memarlıqda ənənəvi motivlərin təkrar istifadəsi istiqamətində öncül memarlardan biri olub.
Həyatı Sədat Haqqı Əldəm 1908-ci ildə İstanbulda Osmanlı yüksək təbəqəsinə mənsub bir ailənin övladı olaraq dünyaya gəlib. Atası diplomat İsmail Haqqı Əldəm, anası Əzizə Qalip xanımdır. Ana tərəfdən ulu babası II Əbdülhəmidin dövründə Osmanlı dövlətində baş vəzir vəzifəsində çalışmış Osmanlı dövlət xadimi İbrahim Əthəm Paşadır. İbrahim Əthəm Paşanın oğullarından biri olan babası İsmayıl Qalip bəy Türkiyədə numizmatikanın banisi kimi tanınır. Onun böyük əmilərindən Osman Həmdi bəy türk muzeyşünaslığının banisi, Xəlil Əthəm bəy isə geologiya elminə verdiyi töhfələr ilə tanınır.
Sədat Haqqı bəyin uşaqlığı, diplomat olan atasının vəzifəsinə görə Avropanın Cenevrə, Münxen, Sürix kimi şəhərlərində keçib. İbtidai təhsilini fransızca, orta təhsilini almanca alan Sədat Haqqı Əldəm hər iki dili yaxşı bilirdi. Münxendə orta məktəbdə oxuduğu zaman Avropa memarlığından və dövrünün tanınmış memarlarından təsirlənmişdi.
O, 1924-cü ildə İstanbula qayıtdı. Memar Vədat Təkin məsləhəti ilə Gözəl Sənətlər Məktəbində memarlıq təhsili aldı və bu təhsil ocağında Culio Mongerinin tələbəsi olub. Tələbəlik illərində memarlıq nümunələri çəkən Sədat bəy, Topqapı sarayının müfəssəl eskizləri və Yeni məscidin fasad naxışları üzərində də işləyib.
Tələbəlik illərində Mongerinin ofisində assistent kimi çalışıb. O, 1926–1927-ci illərdə Ankarada olan Sədat bəy Mongeri tərəfindən aparılan Ziraat Bankı Baş İdarəsi binasının tikintisində iştirak edib.
1928-ci ildə Gözəl Sənətlər Məktəbindəki memarlıq təhsilini tamamladıqdan sonra, onu üç illik təcrübə keçmək üçün Avropaya göndərdilər. Bununla Sədat bəy Berlin və Parisin memarlıq emalatxanalarında təcrübə keçmək imkanı qazandı. 1930-cu ildə isə o, Gözəl Sənətlər Məktəbinin dəvəti ilə Türkiyəyə qayıdır.
Memarlıq təcrübəsinə 1931-ci ildə Budapeşt sərgisində Türk Pavilyonunun tikintisi ilə başlayan Sədat Haqqı Əldəm 1932-ci ildə İstanbulda öz ofisini açır. Onun akademik fəaliyyəti elə həmin il Akademiyaya təyin olunması ilə başlayır. 1978-ci ildə, təqaüdə çıxana qədər o, tikinti, milli memarlıq, memarlıq layihələri, geodeziya və bərpa işləri üzrə mühazirələr oxuyub, seminarlar verib. Təqaüdə çıxdıqdan sonra işini layihə emalatxanalarında davam etdirib.
Tarixi binaların qorunması ilə bağlı 1941–1945-ci illərdə Qədim Əsərləri Qoruma Komitəsində, daha sonra 1962–1978-ci illərdə Daşınmaz Əmlak, Qədim Əsərlər və Abidələr Ali Şurasında çalışıb.
sədat bəy İkinci Dünya müharibəsindən sonra yaradılan və 1948-ci ildə Lozannada ilk ümumi yığıncağını keçirən Beynəlxalq Memarlar İttifaqında Türkiyəni təmsil edib. 1986-cı ildə Beynəlxalq Ağa Xan Memarlıq mükafatını qazanıb. Sədat Haqqı Əldəm 7 sentyabr 1988-ci ildə İstanbulda vəfat edib və Zəncirliquyu qəbiristanlığında dəfn edilib.
Əsərlərindən seçmələr thumb|right|İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin binası, dizaynı Sədat Haqqı Əldəm və Emin Onata aiddir. Bəyazid, Fateh thumb|Əldəm tərəfindən hazırlanmış Dərinkök malikanəsinin eskizi, 1982 1932: Taksim Gəzi Parkına bitişik Ceylan mənzili. 1932–1934: Tesisat-ı Elektrikiye Türk Anonim Cəmiyyəti binası 1934: Maçkadakı Firdevs Xanım evi 1934: İnhisarlar Ümumi Müdirliyi binası, Ankara. 1934–1937: Yalova Termal hoteli 1937–1938: Ankara Gömrük və Monopoliya Müdirliyi 1942–1947: İstanbul Universiteti Fən və Edebiyat fakültələri (Emin Onat ilə birlikdə), İstanbul. 1943–1945: Ankara Universiteti Fən fakültəsi (Pol Bonatz ilə birlikdə), Ankara 1948: Maçkadakı Daşlıq Qəhvəsi, İstanbul. 1948: İstanbul Ədalət Sarayı binası (Emin Onatla birgə) 1951–1955: Harbiyə, Şişlidəki Hilton hoteli, İstanbul. 1952: Safyurdlu yaşayış kompleksi 2 1955–1959: Floryadakı binalar, İstanbul 1960–1968: Cinnah prospektindəki Hindistan Səfirliyinin iqamətgahı (Orxan Çaxmaqcıoğlu ilə), Ankara 1962–1964: Zeyrəkdəki obyektlər, İstanbul 1963–1974: Pakistan səfirliyinin binası, Ankara. 1966–1968: Fındıqlıda Ağbank Baş Qərargah binası, İstanbul. 1966–1975: Taksimdəki Atatürk Kitabxanası, İstanbul. Vaniköydəki Suna Kırac yalısı, İstanbul 1971: Fındıqlıda Ağsığorta Baş Qərargahı 1972–1974: Həmdi Şensoy ilə Taksim Atatürk Kitabxanası 1975–1980: Tarabyada Rəhmi Qoç evi, İstanbul 1979–1980:Ayazağada Alarko Holding ofis binaları, İstanbul 1980–1988: Maslaqda Alarko Holding ofis binaları
Kitabları Türk Evi Plan Tipləri (1954) Köşklər ve Pavilyonlar I–II (1968–1974) Türk Bağçaları (1976) Sadabad (1977) İstanbul xatirələri (1979) Boğaziçi xatirələri (1979) Türk Evi-Osmanlı Dövrü I–II (1984–1987)
İstinadlar
Xarici keçidlər
Sədat Haqqı Əldəm (Bioqrafiyası)
Kateqoriya:Türkiyə memarları Kateqoriya:Osmanlı yunanları Kateqoriya:XX əsr memarları Kateqoriya:İstanbul Dövlət İncəsənət Akademiyasının məzunları