Ağacanlı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Ələtli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Azərbaycan SSR-in inzibati ərazi bölgüsünə əsasən kənd Qarasu rayonuna aid edilirdi. Bu rayon ləğv edildikdən sonra Azərbaycan SSR-in Əli–Bayramlı rayonu tərkibinə daxil olmuş, 1939-cu ildə isə Qazıməmməd rayonu tərkibinə verilmişdir. 4 dekabr 1959-cu ildə Qazi–Məhəmməd rayonu ləğv edilmiş, kənd Əli–Bayramlı rayonunun tərkibinə verilmişdir. 1961-ci ilin İnzibati bölgüsünə əsasən, Ağacanlı kəndi Azərbaycan SSR Ali-Bayramlı rayonunun Kalinovski kənd sovetinə daxil idi. 1963-cü ildə əli Bayramlı rayonu ləğv edilmiş, Kalinovski kənd şurası isə Sabirabad rayonunun tərkibinə verilmişdir. 24 aprel 1990-cı ildə kənd yeni formalaşan Hacıqabul rayonunun tərkibinə verilmişdir. 1999-cu ildə Azərbaycanda inzibati islahat aparılmış və Meyniman inzibati ərazi dairəsi daxilində Hacıqabul Rayon Ağacanlı bələdiyyəsi yaradılmışdır. 2009-cu ildə Ağacanlı bələdiyyəsi ləğv edilmiş, kənd isə Ələtli bələdiyyəsi tərkibinə daxil olmuşdur.
Toponimikası Ağacanlı oyk., düz. Sabirabad r-nunun Qaragüney i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Etnotoponimdir. Oykonim XIX əsrin ortalarında Şirvandan köçmüş muğanlı tayfasının xiləmirzələr tirəsinə aid ağacanlı nəslinin adını daşıyır. Şirvan düzündədir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Coğrafiyası Ağacanlı Kür çayının sahilində yerləşir.
Kənd Ələtlidən 6 km, Hacıqabul rayon mərkəzindən 17 km və Bakıdan 125 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Şirvan stansiyasıdır.
Kənd dəniz səviyyəsindən 21 metr aşağıda yerləşir. Kənddə yarımsəhra iqlimi var.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 245 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İnfrastrukturu Sovet dövründə kəndin yaxınlığında süd-əmtəə ferması yerləşirdi. Kənddə tam orta məktəb, tibb məntəqəsi, feldşer-mama məntəqəsi, kitabxana yerləşir. Əhali əsasən pambıqçılıq və heyvandarlıq ilə məşğul olur.
Həmçinin bax Hacıqabul rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Hacıqabul rayonunun kəndləri