Eкuan Qalası — Fransanın şimalında, Ekuan kommunasında yerləşən tarixi qala. Fransız İntibah memarlıq abidəsi olan qala XVI-cı əsrə aid malikanədir (şato).

1975-ci ildən burada Musée National de la Renaissance — Milli İntibah Muzeyinin kolleksiyaları saxlanılır.Centre des Monuments Nationaux, Le Guide du Patrimoine en France ouverts au public, pg. 333

Qala Mədəniyyət Nazirliyinin tabeliyindədir.

Tarixi Eкuan Qalası 1539-1555-ci illər arasında tikilib və şimaldan tarixi istila yolu olan Fransız düzənliyini qoruyurdu.

XVII-ci əsrin birinci yarısında qala Kondé ailəsinin ixtiyarına keçdi.

İnqilab zamanı 1806-cı ildə Napoleonun əmri ilə orada 1962-ci ilə qədər fəaliyyət göstərən Fəxri Legion üçün təhsil evi açıldı.

1962-ci ildə qala Mədəniyyət Nazirliyinin tabeliyinə keçdi və burada Milli İntibah Muzeyi yaratmağa qərar verildi. Muzey yalnız 1977-ci ildə, uzunmüddətli bərpa işlərindən sonra açıldı.

Ekuan Qalası "Fəxri legion" ordeni mükafatına layiq görülüb. Burada Fransa İntibah dövrünə aid rəsm, heykəltəraşlıq, keramika, vitraj, mebel, tekstil və digər sənət əsərlərinin mühüm kolleksiyaları var.

Kolleksiyası Eкuan Qalasının Milli İntibah Muzeyində İntibah dövrünün əsərlərinin zəngin kolleksiyası — Fransa, İtaliya və Hollandiya ustalarının əsərləri və dekorativ sənətin müxtəlif növlərini təmsil edən: mebel, ağac və keramika, xalçalar, tikmələr, mina və şüşə qablar, vitrajlar və s. eksponatlar var.

Qallereyası

İstinadlar

Biblioqrafiyası Musée National de la Renaissance, Château d'Écouen, Guide des collections, Éditions de la Réunion des musées nationaux, (2017), (in French), Le Guide du Patrimoine en France: Monuments Historiques, Éditions du Patrimoine, Centre des Monuments Nationaux, Paris (2002), (in French),

Xarici keçidlər Official website of the Musée national de la Renaissance Château d'Ecouen, National Museum of the Renaissance - The official website of France (in English) Château d’Écouen Château d’Écouen and history, lot pictures, in french

Kateqoriya:Fransada intibah memarlığı Kateqoriya:Fransa qalaları Kateqoriya:Qalalar