XV arondisman () — Parisin 20 bələdiyyə rayonundan biri. Sena çayının sol sahilində yerləşir. Süni yaradılmış Qu quşu adasının bir hissəsi arondisman ərazisində yerləşir. Rayon 1860-cı ildə Vojirar və Qrenel şəhərlərinin Parisə birləşdirilməsindən sonra yaranmışdır. Parisin əhali cəhətdən ən sıx bölgələrindəndir.
Tarixi
Arondismanın əsası 1859-cu il iyunun 16-da köhnə "Ferme Générale" divarı və "Thiers" divarı arasındakı ərazinin Parisə daxil edilməsi ilə qoyuldu. Həmçinin Qrenel, Vojirar və Javel kommunaları 1860-cı ildə arondismanın ərazisinə daxil edildi.
Coğrafi mövqeyi
Arondisman Parisin cənub-qərb hissəsində yerləşir. Şimal-şərqdə 6-cı və 7-ci, cənub-şərqdə isə 14-cü arondismanlarla həmsərhəddir. Şimal-qərbdə Sena çayı onu 16-cı arondismandan ayırır, cənub-qərbdə isə Paris dairəvi yolu ilə Vanves və Issü-le-Mulino kommunaları ilə həmsərhəddir.
Hökumət və infrastruktur
Mülki Aviasiya Təhlükəsizliyi üzrə Təhqiqat və Təhlil Bürosunun ofisi əvvəllər burada yerləşib. 2015-ci ilin noyabr ayından etibarən Fransa Müdafiə Nazirliyinin inzibatçi binası arondisman ərazisində yerləşir. Avstraliya səfirliyinin binası buradadır. Paris Yapon Mədəniyyət Mərkəzi binası burada yerləşir. Fransız İnstitutu burada yerləşir.
Məhəllələr
İstinadlar
Kateqoriya:Parisin arondismanları