Qarasu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Qarasu kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Kənd Şirvan düzündə yerləşir. Bu oykonim Hacıqabul gölünə tökülən bataqlıq-göl və bunları birləşdirən qolların (uz. 134 km.) ümumi adı olan Qarasuyun adı ilə bağlıdır. Keçən əsrdə Ukaynanın Krım vilayətində Karasu, Rusiyanın Nijni Novqorod vilayətində Karasulino, Karasulixa yaşayış məntəqələri qeydə alınmışdır.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2929 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Tanınmış şəxsləri Ramiz Qasımov — Rusiya Federasiyasının əməkdar elm xadimi, Texnika Elmlər Doktoru, Professor, Rusiya təbiyyat elmləri akademiyasının, Dağ Elmləri Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Beynəlxalq İnformatizasiya Akademiyasının akademiki. Miryusif Mirnəsiroğlu — Azərbaycan yazıçısı və şairi. Talıbov Xalid — Bakı Şəhər İcra Hakimiyyətinin işçisi. İsgəndərov Əli — Azərbaycan Universiteti tələbə qəbulu üzrə komissiyanın sədri. Sülhəddin Gözəlov — Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri.
İqtisadiyyatı 2011-ci ildə kəndə ilk dəfə təbii qaz verilməsinə başlanılıb.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Hacıqabul rayonunun kəndləri