Minho Universiteti (Universidade do Minho) — Portuqaliyanın tarixi Minho vilayətində dövlət universiteti. Universitet ölkənin ən böyük universitetlərindəndir.
Tarixi 1973-cü ildə qurulan Minho Universiteti o zamanlar Portuqaliyada ali təhsilin strukturunu dərindən dəyişdirən "Yeni Universitetlər"dəndir.
Universitetin 19000-dən çox tələbəsi (onların 42%-i aspirantdır), təxminən 1300 müəllim-professor heyəti var. Portuqaliyanın ən böyük universitetlərindən biridir.
Kampusları Largo do Paço (rektorluq), Braqada Qualtar şəhərciyi, Braqa Konvento dos Congreqados, Braqa Azurem şəhərciyi, Guimarães
Reytinqləri 2012-ci ildə The Times Minho Universitetini dünyanın ən yaxşı 400 təhsil müəssisəsi sırasına daxil etdi.
2013-cü ildə Minho Universiteti Times Higher Educationun reytinqində dünyanın ən yaxşı 100 universitetindən biri seçildi.
2014-cü ildə Times Higher Educationun reytinqində ümumi hesabda 75-ci və 2015-ci ildə 351—400 arasında yer aldı. Məktəbləri
Memarlıq Məktəbi Ədəbiyyat, İncəsənət və İnsan Elmləri Məktəbi Psixologiya Məktəbi Təhsil İnstitutu Sosial Elmləri İnstitutu İqtisadiyyat və İdarəetmə Məktəbi Mühəndislik Məktəbi Hüquq Məktəbi Elmlər Məktəbi Tibb Məktəbi
Universitetdə tədris fakültələri ilə yanaşı, müxtəlif bilik sahələri üzrə ixtisaslaşmış tədqiqat mərkəzləri fəaliyyət göstərir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Universitetlər Kateqoriya:Portuqaliya universitetləri