Qəzvində Tu-154 qəzası — 2009-cu il iyulun 15-də Tehrandan İrəvana müntəzəm reyslə uçan "Caspian Airlines" aviaşirkətinə məxsus "Tu-154M" sərnişin təyyarəsi Qəzvin şəhəri yaxınlığında, qalxdığı hava limanından 200 km məsafədə yerləşən Cənnətabad kəndi yaxınlığında qəzaya uğradı. Təyyarədə olan 168 nəfərin hamısı — 15 ekipaj üzvü və 153 sərnişin, o cümlədən iki uşaq həlak oldu. Ölənlərin arasında beş Ermənistan vətəndaşı da var idi. 2016-cı il mayın 10-da Tehran prokurorluğunun nümayəndəsi Qazi Şəhriari bildirdi ki, fəlakət təzyiq kompressorunun klapanındakı problemlər səbəbindən baş verib. Prokurorluq təyyarəni istehsal edən Rusiya şirkətini və uçuşa xidmət edən personalı günahlandırdı.
İstinadlar
Kateqoriya:15 iyuldakı hadisələr Kateqoriya:2009-cu ildəki hadisələr Kateqoriya:2009-cu ildə İran Kateqoriya:XXI əsrdə Tehran Kateqoriya:Tupolev Tu-154 ilə bağlı qəzalar və insidentlər Kateqoriya:İranda aviasiya hadisələri