2025-ci il Dünya Minifutbol Federasiyası Dünya Kuboku — Dünya Minifutbol Federasiyası tərəfindən təşkil edilən kişi milli minifutbol komandaları üçün dünya çempionatı olan WMF Dünya Kubokunun sayca beşinci turniri. Turnir 21 may – 1 iyun 2025-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmişdir. Final matçında ev sahibi olan Azərbaycan Macarıstanı 4:2 hesabı ilə məğlub edərək çempion olub.

Məkan 2025 WMF Dünya Kubokunun bütün oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində Milli Gimnastika Arenasında baş tutmuşdur. BakıMilli Gimnastika ArenasıTutumu: 9.000frameless

Komandalar Turnirdə 8 qrupda 32 komanda iştirak edir. Komandalar turnirdə iştirak etmək üçün mayın 19-dan etibarən Bakıya gəlməyə başlamışdırlar. Çad, İsrail, Türkiyə, Polşa, Sloveniya, Özbəkistan və Mavritaniya komandaları dünya çempionatında ilk dəfə mübarizə aparırlar. Misir və CAR komandaları Afrika Millətlər Kubokundakı nəticələrə əsasən Afrikanı turnirdə təmsil edəcək 5 komandadan biri kimi seçilsələr də, Misir millisi inzibati prosedurları yerinə yetirə bilmədiyi üçün, CAR millisi isə maliyyə problemlərinə görə turnirə qatıla bilməmişdir. Onları BƏƏ və Argentina komandaları əvəz etmişdir. Meksika komandası turnirdə iştirak etməkdən imtina etmiş və yerini İndoneziya komandasına vermişdir.

Püşkatma Qrupların tərkibi üçün püşkatma 12 mart 2025-ci ildə Bakıda atılmışdır. Püşkatma mərasiminin atılmasında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov, "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov, Azərbaycan minifutbol millisinin sabiq üzvü Seymur Məmmədov və Portuqaliya futbolçusu Nani iştirak etmişdirlər. +Püşkatma səbətləri 1-ci səbət 2-ci səbət 3-cü səbət 4-cü səbət (ev sahibi) → → →

Hakimlər Turnirdəki qarşılaşmaları 14 ölkədən olan hakimlər idarə edir: Alaa Eddin Zidan (Liviya), Ales Müller (Sloveniya), Aleksander Vangelov (Bolqarıstan), Antoniyo Meşiç (Xorvatiya), Katalin Pidqirni (Moldova), Grem Florens (ABŞ), İlyes Çakrun (Tunis), İstvan Mod (Macarıstan), Marko Popoviç (Monteneqro), Mixal Bereş (Slovakiya), Mohammed Adnan İsmail (İraq), Rza Məmmədov (Azərbaycan), Tamaş Paul (Rumıniya) və Tomaş Sikora (Çexiya).

Açılış mərasimi Açılış mərasimi 21 may 19:00-da baş tutmuşdur. Açılış mərasimi Azərbaycan himninin səsləndirilməsi ilə başlamışdır. Daha sonra Azərbaycan haqqında musiqili və işıq şousundan ibarət səhnəcik təqdim olunmuşdur. Ritmik musiqinin müşayiəti ilə rəqqasların ifası baş tutmuşdur. Açılış mərasimində freestyle sənətçisi Şon Qarnier topla hərəkətlər nümayiş etdirmişdir. Azərbaycanın müğənnisi Aygün Kazımova və türkiyəli müğənni Aleyna Tilki mahnı ilə çıxış etmişdirlər. Açılış mərasimdən sonra Azərbaycan–Bəhreyn oyunu keçirilmişdir. Qarşılaşmadan əvvəl millli komandamızın üzvləri Tural Nərimanov, Davud Karimi və Seymur Məmmədovun milli komandada karyeralarını başa vurmaları ilə əlaqədar onlara xüsusi mükafat təqdim olunmuşdur.

Qrup mərhələsi

A qrupu

B qrupu

C qrupu

D qrupu

E qrupu

F qrupu

G qrupu

H qrupu

Pley-off mərhələsi

Səbət

1/8 final

1/4 final

Yarımfinal

Üçüncü yer üçün pley-off

Final

Mükafatlar Turnirin yekunlarına görə aşağıdakı mükafatlar təqdim olunub: Ən yaxşı oyunçu Ramiz ÇovdarovBombardirlər Ondrjey Padera Tiaqo LapaƏn yaxşı qapıçı Vladimir Bayiç

Bombardirlər #FutbolçuÖlkəQollar1.Ondrjey Padera7Tiaqo Lapa2.Jombor Kövesdi53.Riyad Dervişeviç4Yovan BobarHaris MedunyaninStefan BosniçKallum Qardner

Rekordlar 1/4 final mərhələsində keçirilən Azərbaycan–İngiltərə qarşılaşmasını 7007 azarkeş izləyib. Bu göstərici minifutbol üzrə dünya və Avropa çempionatları tarixində indiyədək qeydə alınan ən yüksək tamaşaçı sayı olub.

Turnirdən sonra thumb|300x300px|İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli minifutbol komandasının üzvlərini qəbul edib Çempionatdan sonra birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında paylaşım edərək Azərbaycan milli komandasını dünya çempionu olması münasibətilə təbrik edib. Ertəsi gün isə prezident İlham Əliyev milli komandanın üzvlərini qəbul etmiş və onlara təbriklərini çatdırmışdır.

İyunun 4-də prezident İlham Əliyev minifutbol üzrə dünya çempionu olan Azərbaycan milli yığma komandasının nailiyyəti ilə əlaqədar Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat məbləğində maliyyə dəstəyi ayrılması barədə sərəncam imzalayıb.

Simvollar Turnirin talismanı Maralzadə adlı antropomorfik maraldır. O, 12 aprel 2025-ci ildə baş tutmuş püşkatma mərasimi zamanı ictimaiyyətə təqdim olunmuşdur.

İstinadlar

Xarici keçidlər WMF Dünya Kubokunun rəsmi saytı

Kateqoriya:WMF Dünya Kuboku Kateqoriya:Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:Azərbaycanda minifutbol Kateqoriya:2025-ci ildə Azərbaycanda idman Kateqoriya:2020-ci illərdə Bakı