Rodriqo de Bastidas (; ) — İspaniya konkistadoru və Cənubi Amerikanın şimal sahillərinin kəşfiyyatçısı, Santa-Marta şəhərinin banisi. Adelantado tituluna malik olmuşdur.
Ekspedisiyalar 1501-ci ilin oktyabrında Bastidas "San Anton" və "Santa Maria de Gracia" adlı iki kirayələnmiş karaveldə Kadisdən yola düşmüşdür. Bu ekspedisiyada onu Vasko Nunyes de Balboa və Xuan de la Kosa müşayiət edirdi. Cənubi Amerika sahillərinə çatdıqdan sonra Bastidas Karib dənizi sahilinin təxminən 1000 km-ni tədqiq etmiş, Maqdalena çayının ağzını, həmçinin Daryen və Uraba körfəzlərini kəşf etmişdir. Ekspedisiya üzvləri ilk dəfə Syerra-Nevada-de-Santa-Marta regionunda qitənin daxili hissəsini tədqiq etmişdilər. O, Panama bərzəxinə ayaq basan ilk avropalı olduqdan sonra Santo-Dominqoya qayıtmağa məcbur olmuşdur.
İstinadlar
İstinadlar
Kateqoriya:Konkistadorlar