Vladimir Aleksandroviç Astapovski (; ) — qapıçı mövqeyində çıxış etmiş sovet futbolçusu. SSRİ milli futbol komandasının keçmiş üzvü. Beynəlxalq dərəcəli SSRİ idman ustası (1976). Rusiyanın Əməkdar İdman Ustası (2003).
Klub karyerası Vladimir Astapovski 16 iyul 1946-cı ildə Bryansk şəhərində anadan olub. Futbolla məşğul olmağa uşaq yaşlarından elə orada — "Dinamo Bryansk" komandasının alt yaş qruplarında çıxış etməklə başlayıb. İlk məşqçisi İosif Moçanis olub.
Uşaqlıqdan dənizçi olmaq arzusunda olan Astapovski, 1960-cı illərin ortalarında Bakıya gedib və dənizçilik məktəbində təhsil almağa başlayıb. Buradakı təhsili ilə paralel olaraq "Neftyanik" klubunun futbol məktəbində bu oyunun sirrlərinə yiyələnməyə çalışıb. 1964-cü ildə o, artıq gənclərdən ibarət Azərbaycan SSR komandasında oynayır, həmçinin "Neftyanik"in heyətində gənclərin ümumittifaq yarışlarında mübarizə aparırdı.
1965-ci ildə ordu sıralarına çağırılıb. SSRİ Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasının tərkibində olan torpedo katerində xidmət edib. Bir il sonra Qara Dəniz Donanması çempionatında iştirak etmək üçün qapıçıya ehtiyac yarandığından, Astapovskini müvəqqəti olaraq sahilə köçürüblər. Burada çıxış etdiyi zaman onu Sevastopolun "SKÇF" klubunda baş məşqçi işləyən Vladimir Nikanorov görüb və klubuna dəvət edib. Nikanorov tezliklə klubu tərk etsə də, Astapovski orada qalmış və 1968-ci ildə əsas komandanın heyətində debüt etmişdir.
1969-cu il mövsümünün əvvəlində Moskvanın "MOİK" klubuna keçib. Ordu klubunun heyətində Yuri Pşeniçnikov və Leonid Şmuts kimi təcrübəli qapıçılar olduğundan, ilk mövsümdə heç bir oyunun iştirak ərizəsinə salınmayıb. "MOİK"in heyətində ilk rəsmi oyununu 8 mart 1970-ci ildə, SSRİ çempionatı çərçivəsində "Şaxtyor Donetsk"ə qarşı keçirib. Mövsümün sonunda "MOİK"in heyətində SSRİ çempionu adını qazanıb. Əsasnaməyə görə mövsüm ərzində keçirilən oyunların minimum 50 faizində iştirak etmiş oyunçulara medal verildiyindən, Astapovskiyə medal təqdim olunmayıb (32 mümkün oyundan 9-da oynayıb). 1980-ci ildə Oleq Bazileviçin "MOİK"ə baş məşqçi təyin olunmasından sonra komandanı tərk edib.
1981-1982-ci illərdə Xabarovskun "SKA" klubunda forma geyinib. Buradakı çıxışı zamanı ciddi heç nə ilə yadda qalmayan qapıçı, 36 yaşında peşəkar futbolçu karyerasını başa vurub.Дмитрий Иголинский. Владимир Бычек: «А в награду нас всех послали… в Мозамбик» // Тихоокеанская звезда, 29.10.2002.
Milli karyerası 1975-1976-cı illərdə SSRİ Olimpiya yığma komandasının heyətində 6 oyun keçirib. Yığma ilə birlikdə Monreal-1976 Yay Olimpiya Oyunlarının bürünc medalına yiyələnib.
29 noyabr 1975-ci ildə Rumıniya milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda SSRİ milli komandasının heyətində debüt edib. 1975–1977-ci illər aralığında formasını geyindiyi SSRİ milli komandasının heyətində ümumilikdə 11 oyun keçirib.
Şəxsi həyatı Qalina adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən Tatyana və Viktoriya adında iki qızı olub.
Ölümü
Son illər xəstəlikdən əziyyət çəkən Astapovski, 2012-ci il aprelin 12-də Moskvada vəfat edib.Как жизнь? // Советский спорт, 06 сентября 2011. Xovan qəbiristanlığında dəfn edilib.
Nailiyyətləri
Komanda MOİK SSRİ çempionu: 1970
SSRİ Olimpiya yığma komandası Olimpiya Oyunlarının bürünc mükafatçısı: 1976
Şəxsi SSRİ-də ilin futbolçusu: 1976 SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında: № 1 (1976), № 2 (1975) Lev Yaşin adına "İlin qapıçısı" mükafatı: 1976
Dövlət mükafatları Beynəlxalq dərəcəli SSRİ idman ustası: 1976 Rusiyanın Əməkdar İdman Ustası: 2003
İstinadlar
Xarici keçidlər "MOİK" Moskva azarkeşlərinin saytında tərcümeyi-halı
Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:SSRİ milli futbol komandasının oyunçuları Kateqoriya:ÇSKA Moskva FK futbolçuları Kateqoriya:İdmançılar 1976 Yay Olimpiya Oyunlarında Kateqoriya:1976 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:Olimpiya bürünc medalına sahib SSRİ idmançıları Kateqoriya:Kişi futbol qapıçıları