Rafiq Aslanov — Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi (2024-cü ildən), Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr əvəzi (mart 2023-cü il – iyun 2024-cü il) Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini (2006–2023).

Həyatı Rafiq Aslanov 27 fevral 1962-ci ildə Füzuli rayonunda anadan olub. 1984-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini (İnşaat Mühəndisləri İnstitutu) hidromeliorasiya ixtisasını bitirib. Sonralar Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisasına və 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib.

Fəaliyyəti Əmək fəaliyyətinə 1984-cü ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində başlamışdır. 1984–1993-cü illərdə nazirliyin aparatının bir sıra idarə və şöbələrində müxtəlif vəzifələrdə çalışmışdır. 1993–2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsinin rəisi vəzifəsində işləmişdir. 2006-cı ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin olunmuşdur. Mart 2023-cü il – iyun 2024-cü il ərzində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr əvəzi vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 29 iyul tarixli 163 nömrəli fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əsasnaməsi təsdiq edilmiş və əsasnaməyə uyğun olaraq Xidmət fəaliyyətə başladığı gündən rəis vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun müşaviridir.

Mükafatları Meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 iyun tarixli 2853 nömrəli Sərəncamı ilə Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis" fəxri adı verilib.Azərbaycan Respublikasının meliorasiya və su təsərrüfatı işçilərinə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2008-ci il tarixli 2853 saylı Sərəncamı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli Sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 5 iyun tarixli Sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

İstinadlar