Elton Con ( və ya doğum adıyla ; ) — ingilis pop/rok müğənnisi, bəstəkar, pianoçu.

Dünyanın ən məşhur musiqiçilərindən biri olan Elton Conun XX əsrin 70-ci illərindən bu günə qədər bütün dünyada 450 milyondan çox albomu satılıb. Onun sinqllarının nüsxələri 190 milyondan artıq nüsxəylə yayılıb. Eltonun Şahzadə Diananın xatirəsinə yenidən yazdığı hit mahnısı "Candle in the Wind" hələ də ABŞ və Britaniya çartları tarixində ən çox satılmış mahnı olaraq qalmağa davam edir. Con bu günə kimi, musiqidəki uğurlarına görə 5 dəfə Qremmi mükafatına, o cümlədən, "Yaşayan Əfsanə" mükafatına layiq görülüb. Kinolar üçün yazdığı mahnılar sayəsində namizəd olduğu üç Oskarın birini qazanıb. Rolling Stone jurnalının 2004-cü ildə hazırladığı siyahıda Elton, musiqidə ən çox iz qoymuş 50 sənətkardan biri seçildi. Geniş xeyriyyə fəaliyyəti olan Conun həm musiqidəki, həm də xeyriyyə sahəsindəki fəaliyyətlərinə görə, 1998-ci ildə Kraliça ikinci Elizabeth ona cəngavərlik titulu verdi. Musiqiçinin adı eyni zamanda həm Şöhrət xiyabanı (Hollivud), həm də Bəstəkarlar xiyabanında əbədiləşdirilib.

Elton Con 1980-ci ildən QİÇS-lə mübarizə kampaniyasına qoşulub. O, 1992-ci ildə QİÇS-lə mübarizə proqramını maliyyələşdirən Elton John AIDS Foundation təşkilatını yaradıb.

2005-ci ildə uzunmüddətli ortağı kanadalı kinorejissor David Furniş ilə sivil münasibətə girdi. Onlar 2014-cü ildə İlgiltərə və Uelsdə eynicinsli nikah qanuni olanda evləndilər."Elton John Evlendi". habervitrini.com. İstifadə tarixi: 14.02.2024 Daşıyıcı ana sayəsində uşaq sahibi olmuşdur.

İstinadlar

Xarici keçidlər Elton Conun rəsmi saytı Elton John AIDS Fondu (EJAF) Elton Con MySpace

Kateqoriya:Britaniya müğənniləri Kateqoriya:İngiltərədə LGBT şəxslər Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:1947-ci ildə doğulanlar Kateqoriya:Ayvor Novello mükafatı laureatları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:EMI Records artistləri Kateqoriya:Interscope Records artistləri Kateqoriya:Britaniya rok müğənniləri Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Britaniya bəstəkarları Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:İngiltərə musiqiçiləri