Avropa Parlamentində Qətər rüşvət qalmaqalı və ya Qətərgeyt () — Avropa Parlamenti rəsmiləri, lobbistlər və onların ailə üzvlərinin Qətər, Mərakeş, Mavritaniya dövlərtləri, həmçinin Avropadakı Erməni diasporunun (xüsusilə Ədalət və Demokratiya üçün Avropa-Ermənistan Federasiyası adlı diaspora təşkilatı) tərəf olduğu, 2022-ci ilin dekabrından davam edən siyasi qalmaqal. Araşdırmalar zamanı, yüksək vəzifəli Avropa Parlamenti rəsmilərinin rüşvət, pul yuyulması və mütəşəkkil cinayətkarlıq əməlləri ilə məşğul olmaları aşkara çıxarılmışdır.

Belçika, İtaliya və Yunanıstanın hüquq-mühafizə orqanları, cinayət əməllərində şübhəli bilinən diplomatlardan 1,5 milyon avro nəğd pul, kompüter və mobil telefonlar konfiskasiya etmiş, dörd diplomata qarşı isə iddia edilən cinayətlərlə bağlı ittiham irəli sürülmüşdür.

İstinadlar

Kateqoriya:2022-ci ildə Avropa Kateqoriya:2022-ci ildə İtaliya Kateqoriya:2022-ci ildə Qətər Kateqoriya:Avropada rüşvət Kateqoriya:Siyasi qalmaqallar Kateqoriya:Avropa Parlamenti