Qaradağlı — Azərbaycan Respublikasının Ucar rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir.
Əhalisi Əhalisinin sayı 3440 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimikası Yaşayış məntəqəsi çaylaq ərazidə yerləşdiyi üçün 1930-cu ilədək Çaykənd Qaradağlısı da adlanırdı. Qaradağlı ən böyük Azərbaycan ellərindən birinin adıdır. Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.
Din Kənddə Qaradağlı kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
Həmçinin bax
Ucar rayonu Şirvan düzü
İstinadlar
Kateqoriya:Ucar rayonunun kəndləri