Vladimir Anatolyeviç Şamanov () — rusiyalı siyasətçi. Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. 2016-cı ildən VII və VIII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatıdır. Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı, İctimai və Dini Birliklər Məsələləri Komitəsi sədrinin müavini. Texnika elmləri doktoru. Birinci Qarabağ müharibəsi iştirakçısı.

Həyatı 15 fevral 1957-ci ildə Barnaulda anadan olub. O, uşaqlığını Özbəkistanda, Sırdərya vilayətinin Mirzəçul rayonunun Qaqarin şəhərində keçirib.Я — ШАМАНОВ , "Новая газета" № 42, 19.06.2000

Hərbi karyerası 1974–1976-cı illərdə — Daşkənd Ali Tank Komandanlıq Məktəbinin 12-ci rotasının kursatnı olub.

1978-ci ildə Lenin Komsomolu adına Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini, 1989-cu ildə M. V. Frunze adına Hərbi Akademiyasını, 1998-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

1992-ci ildə Qarabağ münaqişəsində Azərbaycan tərəfində vuruşub. Azərbaycan qoşunlarının Goranboy əməliyyatında iştirak edib.

14 mart 2006-cı ildən 9 noyabr 2007-ci ilə qədər — Rusiya Federasiyası Müdafiə Nazirinin müşaviri.

2008-ci ilin avqustunda o, Kodori dərəsində əməliyyat zamanı gürcü qoşunlarını məğlub edən Abxaziyadakı rus hərbi qrupuna rəhbərlik edib.Российскую группировку в Абхазии возглавил Владимир ШамановГенерал Владимир Шаманов возглавил российскую группировку в Абхазии

Sanksiyalar 2014-cü il mayın 12-dən Şamanov Rusiya hava-desant qüvvələrinin Krımda yerləşdirilməsinə görə Aİ ölkələrinin sanksiyaları altındadır. 26 may 2014-cü ildə o, Monteneqro, İslandiya, Norveç, Albaniya və Lixtenşteynin sanksiya siyahısına daxil edilib.

24 fevral 2022-ci ildə o, "Donetsk və Luqanskdakı qondarma respublikaların müstəqilliyinin tanınmasına səs verdiyinə görə" Kanadanın "rejim tərəfdaşları" sanksiya siyahısına daxil edilib.

2022-ci il sentyabrın 30-da Rusiyanın Ukraynaya müdaxiləsi fonunda o, "saxta referendumlara" və "Ukrayna ərazilərinin Rusiya işğalçı qüvvələri tərəfindən ilhaqına" cavab olaraq ABŞ-nin sanksiyalar siyahısına əlavə edilib.

Eyni səbəblərə görə Böyük Britaniya, İsveçrə, Avstraliya, Ukrayna və Yeni Zelandiyanın sanksiya siyahısındadır.

İstinadlar

Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:"Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər (SSRİ) Kateqoriya:I dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Rusiya aktivistləri Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VII çağırış deputatları Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VIII çağırış deputatları Kateqoriya:Birinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:İkinci çeçen müharibəsi iştirakçıları Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Birləşmiş Krallıq tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Avropa İttifaqı tərəfindən sanksiya edilmiş Rusiya vətəndaşları Kateqoriya:Çeçen müharibələrinin iştirakçıları