Qəzzə zolağında islamçılıq — Qəzzə zolağında islam qanunlarını və ənənələrini təbliğ və tətbiq etmək səyləri. İslam qruplarının Qəzzə zolağında təsiri 1980-ci illərdən etibarən artmışdır. "HƏMAS"-ın 2006-cı il Fələstin seçkilərindəki qələbəsindən və rəqib "FƏTH" partiyasının tərəfdarları ilə münaqişədən sonra "HƏMAS" Qəzzə zolağına tam nəzarəti ələ keçirmişdir.Militants torch Gaza water park shut down by Hamas , Haaretz 19-09-2010Gunmen torch Gaza beach club shuttered by Hamas , AFP 19-09-2010 Onlar "Qəzzə zolağında dünyəvilik və bidətçiliyin sonu"nu elan etmişdir.Khaled Abu Toameh, "Haniyeh Calls for Palestinian Unity", Jerusalem Post, June 15, 2007 1989-cu ildə Sudanda Ömər Bəşiri hakimiyyətə gətirən çevrilişdən sonra ilk dəfə olaraq "Müsəlman Qardaşlar" qrupu əhəmiyyətli bir coğrafi ərazini idarə edir. Qəzzədə fəaliyyət göstərən insan haqları qrupları "HƏMAS"-ı bir çox azadlıqları məhdudlaşdırmaqda ittiham edir.Gunmen torch Gaza beach club shuttered by Hamas , AFP 19-09-2010
İsmayıl Həniyyə rəsmi olaraq "HƏMAS"ın islam əmirliyi yaratmaq niyyətində olduğuna dair ittihamları təkzib etmişdir. Bununla belə, Conatan Şantser yazmışdır ki, 2007-ci il çevrilişindən sonra iki il ərzində Qəzzə zolağı talibanlaşmanın xüsusiyyətlərini nümayiş etdirmişdir.
Qadın geyimləri Qəzzədə cəmiyyətin sektorları tərəfindən qadınların islam geyimləri və ya hicab geyinməyə məcbur edildiyi bildirmişdir. "HƏMAS"-ın sələfi "Mücamə əl-İslamiyə" 1970-ci illərin sonu və 1980-ci illərdə Qəzzədə yaşayan təhsilli qadınlara hicabı "bərpa etmək" üçün səylər göstərirdi."Women and the Hijab in the Intifada", Rema Hammami Middle East Report, May–August 1990
Oxşar davranışı Birinci intifada zamanı "HƏMAS" nümayiş etdirmişdir.Rubenberg, C., Palestinian Women: Patriarchy and Resistance in the West Bank (USA, 2001) p.230 "HƏMAS" qadınların evdə qalması, kişilərdən təcrid olunması və çoxarvadlılığın təşviqi də daxil olmaqla, digər tədbirlərlə yanaşı hicabın taxılması üçün kampaniya aparırdı. Bu kampaniyanın gedişində hicab taxmamağı seçən qadınlar şifahi və fiziki təzyiqlərə məruz qalıb, nəticədə hicab "sırf küçələrdə problem yaşamamaq üçün" geyinilmişdir.Rubenberg, C., Palestinian Women: Patriarchy and Resistance in the West Bank (USA, 2001) p.231
2007-ci ilin iyununda Qəzzə zolağına nəzarəti ələ keçirdikdən sonra "HƏMAS" məhkəmələrdə, müəssisələrdə və məktəblərdə qadınlara hicab tətbiq edərək ərazidə islam qanunlarını tətbiq etməyə çalışmışdır.Women, the Hijab and the Intifada , Middle East Research and Information Project
Digər qadın məsələləri 2009-cu ildə "HƏMAS" qadınlara motorlu skuterdə kişilərin arxasına minməyi və qadınların rəqs etməyi qadağan etmişdir. , Reuters 8-10-2009
"HƏMAS"-ın rəhbərlik etdiyi hökumət qadınların ictimai yerlərdə siqaret çəkməsinə qadağa qoymuşdur, lakin bunu sonradan ləğv etmişdir.Gaza ban on women smoking pipes , Reuters, 19 July 2010, The Independent. 2010-cu ildə "HƏMAS" qadınların ictimai yerlərdə qəlyan çəkməsini qadağan etmiş və bunun artan boşanmaların sayını azaltmaq olduğunu bildirmişdir.
2013-cü ildə "HƏMAS" rəsmilərinin qadınların yarışda iştirakını qadağan etməsindən sonra UNRWA Qəzzədə keçirdiyi illik marafonu ləğv etmişdir.
Ümumi evlilik nisbətinin azalmasına baxmayaraq, "HƏMAS" hökuməti dövründə çoxarvadlılıq artmışdır.
Kitab qadağası Qəzzə zolağında kitablara geniş qadağalar var. 2007-ci ildə 45 Fələstin xalq nağılının toplandığı "Danış, quş, yenə danış" adlı kitab guya əxlaqsız məzmunlu olduğu üçün qadağan edilmişdir və bu, etirazlara səbəb olmuşdur.Jonathan Spyer, Analysis: The Islamic republic of Gaza , Jerusalem Post 29-09-2009 Fələstinli yazıçı Zəkəriyyə Məhəmməd "HƏMAS"-ın kitabı qadağan etmək qərarının "yalnız başlanğıc" olduğu barədə xəbərdarlıq etmiş və ziyalıları hərəkətə keçməyə çağırmışdır.Hamas orders book of Palestinian folk tales pulled from schools , Tuesday, 6 March 2007. By Mohammed Daraghmeh and Dalia Nammari, Associated Press.
Həmçinin bax Həmastan
İstinadlar
Kateqoriya:Qəzzə zolağı Kateqoriya:HƏMAS Kateqoriya:İslamın tənqidi Kateqoriya:İslamla əlaqəli mübahisələr