– Yaponiyanın Naqasaki şəhərində yerləşən ədəbiyyat muzeyi. Yaponiya romançısı Şusaku Endonun həyat və yaradıcılığına həsr olunmuşdur.

Tarixi thumb|left|Muzeyin interyeri kilsəni xatırladır.|150px Şusaku Endonun 1996-cı ildəki ölümündən sonra həyat yoldaşı Cunko Endo və digər ailə üzvləri yazıçı üçün muzeyin açılması ideyası ilə çıxış etmişdirlər. Muzey 2000-ci ilin mayında açılmışdır. Muzeyin ilkin adı "Sonome Qəsəbə Endo Şusaku Ədəbiyyat Muzeyi" olsa da, 2005-ci ildə "Naqasaki Şəhər Endo Şusaku Ədəbiyyat Muzeyi" olaraq adlandırılmışdır.

Muzeydə yazıçının bir sıra nəşr olunmamış əsərləri kəşf olunmuşdur. 2020-ci ildə muzey Endonun "Kölgəyə" adlı romanının əlyazmasını kəşf etdiyini açıqlamışdır. 2022-ci ildə muzeydə yazıçının nəşr olunmamış 3 pyesinin əlyazması aşkarlanmışdır.

Xüsusiyyətlər Şusaku Endo xristianlar mövzusunda yazdığı "Səssizlik" və "İsanın həyatı" romanlarına görə tanınır. Bu səbəbdən muzey Yaponiyada xristianlığın vətəni hesab olunan Naqasaki şəhərinin Sotome rayonunda, Sumonada dənizinin sahilində yaradılmışdır. Bu ərazi keçmişdə xristian kəndi olmuşdur və "Səssizlik" romanındakı bəzi hadisələr burada baş verir.

Muzeydə Endonun həyat və yaradıcılığından bəhs edən 25.000-dən çox eksponat sərgilənir. Muzeyin sərgi otağında yazıçının əlyazmaları, ləvazimatları, iş masası nümayiş etdirilir. Əsas sərgi "Uşaqlıq", "Kollec illəri", "Fransada təhsil", "Yazıçı yolu", "Həyat və yaradıcılığının kuliminasiyası" kimi bölmələrə ayrılır. Giriş zalının interyeri kilsəni xatırladacaq formada dizayn edilmişdir.

2023-cü ildə muzeydə yazıçının 100 illiyi qeyd olunmuş, "Səssizlik" romanının film adaptasiyasının rejissoru Martin Skorseze kimi şəxslərin mesajları daimi sərgiyə əlavə olunmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2000-ci ildə yaradılmış muzeylər Kateqoriya:Naqasaki tikililəri Kateqoriya:Naqasaki prefekturasındakı muzeylər Kateqoriya:Yaponiyadakı ədəbiyyat muzeyləri Kateqoriya:Yaponiyadakı dini muzeylər Kateqoriya:Xristian muzeyləri Kateqoriya:2000-ci ildə Yaponiyada yarananlar