Hüseynbəyli (əvvəlki adı: Əzizbəyli) — Azərbaycan Respublikasının Qazax rayonunun Hüseynbəyli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Əvvəlki adı Əzizbəyli olmuş və 29 may 1996-cı ildən dəyişdirilərək Hüseynbəyli adlandırılmışdır. "Azərbaycan Respublikası Qazax rayonunun bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının 29 may 1996-cı il tarixli, 91-IQ nömrəli Qanunu
Toponimikası Əzizbəyli oyk, sadə. Ağstafa çayının sol sahilində, Gəncə-Qazax düzənliyindədir. Kənd Məşədi Əzizbəyovun şərəfinə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin əhalinin siyahıyaalınmasında kəndə 1574 nəfər əhali yaşayır. Əhalinin 796 nəfəri kişilər, 778 nəfəri qadınlar təşkil edir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Görkəmli şəxsləri Abdulla bəy Divanbəyoğlu (1883–1936) — Yazıçı, nasir, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dövlət arxivinin müdiri, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri, Milli ədəbiyyatda nəsrin əsasını qoyanlardan biridir. Məmmədova Əsmər Vəli qizi (1913–1988) — Sosialist əmək qəhrəmani, üç dəfə Lenin ordeni medali ilə təltif edilmişdir.
Həmçinin bax Qazax rayonu
Xarici keçidlər Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti. Bələdiyyələr
İstinadlar
Kateqoriya:Qazax rayonunun kəndləri