Xaləddin Sofiyev (tam adı: Sofiyev Xaləddin Əli oğlu; ) — kulturologiya üzrə fəlsəfə doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial-siyasi elmlər kafedrasının müdiri, Əməkdar müəllim.Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı laureatı.

Həyatı və təhsili Xaləddin Sofiyev 1952-ci ildə Gürcüstan Respublikası Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Tarix fakültəsini bitirib. 1978–1980-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzdindəki iki illik fars dili kursunda təhsil alıb.

Fəaliyyəti Xaləddin Sofiyev 1982–1984-cü illərdə SSR-nin Məhdudlaşdırılmış Beynəlmiləl Qoşunun tərkibində Əfqanıstanda hərbi tərcüməçi kimi qulluq edib.

1984–2006-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində lobarant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. "Azərbaycan tarixi" fənninin tədrisi ilə məşğul olub.

1993–1994-cü ildə ADMİU-nun "Bədii yaradıcılıq" fakültəsinin dekanı, 2006–2011-ci illərdə "Rejissor sənəti" fakültəsinin dekan müavini, 2011–2013-cü illərdə həmin fakültənin dekanı vəzifəsində işləyib. 2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

2013-cü ildən ADMİU-nun Sosial-siyasi elmlər kafedrasının müdiridir.

Xaləddin Sofiyev 2003-cü ildə "XX əsrin əvvəlləri Azərbaycan mədəniyyətində ənənə, yenilik və Əhməd bəy Ağaoğlunun yaradıçılığı" mövzusunda alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edərək kulturologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Hazırda ADMİU-nun Elmlər doktoru proqramı üzrə dissertantıdır.

Mükafatları Xaləddin Sofiyev maarifçilik sahəsində göstərdiyi xidmətlərinə görə 2005-ci ildə "Azərbaycan" Bilik cəmiyyəti tərəfindən Abbasqulu Ağa Bakıxanov adına fəxri diplomla təltif olunub.

2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar müəllimifəxri adına layiq görülüb.

Elmi-nəzəri yaradıcılığı Xaləddin Sofiyevi 2004-cü ildə "Şərq-Qərb mədəniyyəti və Əhməd bəy Ağaoğlunun yaradıcılığı" adlı monoqrafiyası nəşr olunub.

Onun 50-dən çox elmi məqaləsi respublikada və xaricdə nüfuzlu jurnallarda və konfrans materiallarında çap edilib. Bir neçə metodik vəsaitin və tədris proqramının müəllifidir.

Həmçinin bax Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

İstinadlar

Xarici keçidlər ADMİU-nun "Kulturologiya" fakültəsinin bir qrup müəllim heyəti "Səhərçağı"nın qonağıdır

Kateqoriya:1952-ci ildə doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları