"Bakılılar" — tammetrajlı bədii filmi rejissor Viktor Turin tərəfindən 1938-ci ildə ekranlaşdırılmışdır. Azərfilmdə istehsal edilmişdir. Film 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilmişdir. Əsas rolları Rza Əfqanlı, Nikolay Şulgin, O. Kutıryeva, Boris Baykov, Vaso Qodziaşvili və V. Baqratuni ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir.

Məzmun Film 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrə, çar mütləqiyyətini devirmək uğrunda aparılan mübarizəyə həsr edilmişdir. Filmin süjet xətti fəhlə Cəfərin (Rza Əfqanlı) taleyi və onun tədriclə bolşeviklər sırasına keçməsi üzərində qurulmuşdur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898–2002)). Bakı: 2003, səh. 32–33

Bu filmdə müəlliflərin əsas məqsədi müxtəlif xalqların beynəlmiləl həmrəyliyini təbliğ etməkdən ibarət olmuşdur.

Filmin üzərində işləyənlər Ssenari müəllifi — Vsevolod Pavlovski, Viktor Turin Rejissor — Viktor Turin Operator — Leonid Kosmatov, Dmitri Feldman Rəssam — Viktor Aden Bəstəkar — Nikolay Kryukov

Rollarda Rza Əfqanlı — Cəfər Nikolay Şulgin — Mixaylov O. Kutıryeva — Lida Boris Baykov — Zaxarıç Vaso Qodziaşvili — Vaso V. Baqratuni — Ruben Əlisəttar Məlikov — Cəfərin dostu Ş. Babayev — Cəfərin dostu Andrey Kostriçkin — jandarm rotmistri K. Dobjinski — usta Mustafa Mərdanov — menşevik Vladimir Otradinski — menşevik

İstinadlar

Mənbə Бакинцы Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 31–38. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1938-ci ilin Azərbaycan filmləri 1930-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1938-ci ilin filmləri Kateqoriya:1938-ci ilin Azərbaycan filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:Azərbaycanca filmlər